Top.Mail.Ru
ÖZƏL

DİM doktorantuya qəbul, yoxsa hüsni-xətt yarışması keçirir? – TƏHSİL EKSPERTİ BÜTÜN PAXIRLARI AÇDI

Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul üçün ingilis dilindən imtahan keçirib. İmtahanlarda yazı işi tapşırığı üzrə qoyulan sualla bağlı 268 sözdən ibarət esse yazan iddaçıya “0” bal verilib. Bundan başqa onun danışıq üzrə də qiyməti son dərəcə aşağı göstərilib. İmtahan verən DİM-ə appelyasiya şikayəti verib. DİM appelyasiya şikayətinə cavab olaraq bildirib ki, onlayn xəbər saytları ilə ənənəvi medianın qarşılaşdırılmasını əks etdirəm suala cavab mövzunu əhatə etmir. Halbuki esse tamamilə bu mövzuya aiddir. Məsələ ictimai etiraza səbəb olub. AzNews.az imtahan verənlər bu vəziyyətdə öz hüquqlarını necə qorumalıdır sualı təhsil eksperti Məzahir Məmmədliyə müraciət edib.

Məzahir Məmmədli bildirib ki, Dövlət İmtahan Mərkəzi doktoranturaya qəbul prosesini mürəkkəbləşdirib: “Bu onunla əlaqəlidir ki, hərbi xidmətdən yayınmanın bir mexanizmi də doktoranturaya qəbulla bağlıdır. Ona görə Dövlət İmtahan Mərkəzi bu məsələ ilə bağlı sanki bir neçə dövlət orqanının səlahiyyətlərini mənimsəyib. Birincisi, doktorantura ilə bağlı məntiq suallarının əvvəlcədən geniş müzakirəsi getdi. Sosial şəbəkələr bu məsələ ilə bağlı informasiya yaydılar. Bütün media bu məsələni qaldırdı və nəhayət, Dövlət İmtahan Mərkəzi bu məsələlərlə bağlı açıqlama verməyə məcbur oldu, bir addım geri çəkildi. Doktoranturaya iddia edənlər özünü müəyyən sahədə sübut eləmiş şəxslərdir. Amma bir vaxtlar Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında olan konflikt hazırda başqa müstəviyə keçib. Nəticədə appelyasiya şikayətlərinə obyektiv baxılmır. Appelyasiya komissiyasında təmsil olunan adamlar bütün sahələr üzrə mütəxəssis ola bilməz. Qeyd etdiyiniz məsələyə qayıtsaq, əgər sual media ilə bağlı olubsa, inanmıram ki, Dövlət İmtahan Mərkəzinin Apellyasiya Komissiyasında print və yeni medianın xüsusiyyətlərini bir-birindən ayıra bilən kimsə var. Bunu müəyyən etmək üçün yaxşı olar ki, bir mütəxəssis olsun. Bəri başdan deyim ki, bu məsələlərdə DİM-in apellyasiya orqanından məhkəməyə şikayəti perspektivli saymıram. Çünki məhkəmələr DİM-dən çəkinir. Yaxşı olar ki, bu məsələyə ictimai diqqət çəkilsin.Məsələn, Mətbuat Şurası rəy verə bilər ki, suala cavab ənənəvi və yeni media ilə bağlıdır, yaxud başqa bir məsələyə. Bundan başqa, DİM-in xarici dil ilə bağlı tələbləri təhsildə dövlət standartları ilə müqayisədə çox sərtdir. Dünya reytinqli universitetlərdə ingilis dilində doktorantura təhsili almaq üçün belə DİM qədər bal istəmirlər. Esseləri oxumur, sonra bəhanə tapmağa belə çətinlik çəkirlər. DİM əlyazma ilə esse tələb edir. Hamımız bilirik ki, müasir zamanda insanlar əllə yazı vərdişini itirdiyindən səliqəli xəttlə yaza bilmirlər. DİM bunu bəhanə edib iddiaçılara “0” yazır və bu da elmin inkişafının qarşısını kəsir. Məgər DİM hüsni-xətt yarışması keçirir?

Saytların yığılması Saytların yığılması

Bənzər yazılar