Top.Mail.Ru
ÖZƏL

Xarici qüvvələr Ukrayna ilə bizi döyüş meydanında üz-üzə GƏTİRDİ, biz şimşək kimi ÇAXACAĞIQ – PUTİN

“Fevralın 24-də Donbass və Ukraynada həyata keçirdiyimiz xüsusi hərbi əməliyyatın bütün tapşırıqları mütləq yerinə yetiriləcək. Bu Donbasın, Krımın və bütün Rusiyanın təhlükəsizliyini təmin edəcək. Biz aydın görməliyik ki, əsgər və zabitlərimiz vətənimizi çoxdan bürümüş təhlükənin qarşısını alırlar. Onlar öz cəsarətləri, qətiyyətləri və qəhrəmanlıqları ilə torpaqlarımızda yaranacaq genişmiqyaslı münaqişənin önünə keçdilər”.

KAİM.az bildirir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Tauride sarayında Rusiya Federal Məclisinin üzvləri qarşısında çıxışı zamanı deyib.

Saytların yığılması Saytların yığılması

O, çıxışı zamanı ölkəsinə tətbiq edilən iqqtisadi sanksiyaları da qiymətləndirib:

“Hədəflərinə heç vaxt çatmadıqları üçün Rusiyaya qarşı iqtisadi müharibə açmaq üçün böyük hazırlıq görürlər. Bugünkü iqtisadi boğma planları da iflasa uğradı”. – deyə Rusiya dövlət başçısı qeyd edib.

Putin həmçinin, Ukraynada xarici müdaxilələrə mübət baxmadığını da sərt şəkildə bildirib:

“Bizi demək olar ki, hər il xarici qüvvələr qonşu ölkələr ilə üz-üzə gətirirdilər. İndidə Ukrayna ilə bizi birbaşa münaqişəyə saldılar. Ukraynada bölgəyə ediləcək müdaxiləni özümüzə edilmiş sayacayıq və o zaman Rusiya şimşək kimi çaxacaq”, – deyə Vladimi Putin vurğulayıb.

Sadiq İsmayılov

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir