Top.Mail.Ru
ÖZƏL

Təbii fəlakət Hindistanın QAPISINI DÖYDÜ: Leysan nəticəsində körpü UÇDU, 500 mindən çox insan…

Cənubi Asiya ölkəsi olan Hindistanın şimal-şərqindəki Assam əyalətində güclü yağışların yaratdığı sel fəlakəti davam edir. Ştatda son 3 gündə aramsız yağan yağışlar dünyanın ən böyük çaylarından biri olan Brahmaputranın daşmasına səbəb olub. 1500-dən çox kənd su altında qalıb.

KAİM.az bildirir ki, bu haqda Assamın maliyyə naziri Jogen Mohan məlumat verib.

Saytların yığılması Saytların yığılması

Onun sözlərinə görə, daşqın və torpaq sürüşmələri səbəbindən həm dəmir yolu, həm də avtomobil əlaqələrinin kəsildiyi Dima Hasao bölgəsində vəziyyətin son dərəcə gərgindir.

Nazir qeyd edib ki, aramsız yağan yağışlar nəticəsində taxtadan hazırlanmış körpü uçub və tikilinin üzərində olan insanlar suya düşüb.

Bununla yanaşı, hökümət rəsmiləri vaxt keçdikcə vəziyyətin daha da pisləşdiyini, o cümlədən sözügedən hadisədən 500 mindən çox insanın təsirləndiyini bildiriblər.

Vurğulayaq ki, Hindistan ordusunun təbii fəlakətlə əlaqədar etdiyi müdaxilələr nəticəsində Hocai bölgəsində qapalı qalan 2000-dən çox insan xilas edilib.

Əlavə edək ki, Hindistan Meteorologiya Xidməti bəhsikeçən leysan hadisəsinin  2 gün daha davam edəcəyini açıqlayıb.

Sadiq İsmayılov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir