Top.Mail.Ru
ÖZƏL

Azərbaycan və Ermənistan arasında SÜLH MÜQAVİLƏSİnin imzalanacağı nə qədər realdır – MÜNASİBƏT

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində müxalif deputatların birinin sualına cavab verərkən bəyan edib ki, iyunun 1-də Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanarsa, o, buna şad olar.

Görünən budur və yaxud bizə təqdim olunanlar bundan ibarətdir ki, Ceyhun Bayramovun ermənistanlı həmkarı Ararat Mirzoyanla artıq bir neçə gündür davam edən Qarabağ danışıqlarında müəyyən “uğurlar” var. Hər halda, Azərbaycan və Ermənistanın baş diplomatlarının davam edən müzakirələrinin və Vaşinqtonun prosesdə təşəbbüskarlığı müsbət nəticələrin olacağına ümidləri artırır. Lakin bu, o demək deyil ki, biz yaxın tarixdə Qarabağ probleminin yekun siyasi həllini görə bilərik.

Saytların yığılması Saytların yığılması

Əhəmiyyətli olan bundan ibarətdir ki, çərçivə sazişinin imzalanması və növbəti mərhələdə razılaşmanın implementasiyası mümkündür. Əvvəlcə tərəflər öz mövqelərini deklarasiya edəcəklər, daha sonra razılaşmanın bəndlərinin realizə edilməsi prosesinı başlanacaq. Şübhəsiz ki, çərçivə sülh sazişinin bəndlərinin həyata keçirilməsi bir müddət zaman alacaq.

Hal-hazırda ən kritik nöqtə iyunun 1-də Kişinyovda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri arasında keçiriləcəyi gözlənilən görüşdə çərçivə sülh müqaviləsinin imzalanması ehtimalıdır. Nikol Paşinyan parlamentə bəyan edib ki, əgər iyunun 1-də Kişinyovda müqavilə imzalanarsa, bu, yaxşı xəbər olardı.

Buna rəğmən, bir məqamı da vurğulamaq yerinə düşərdi ki, Nikol Paşinyanın hər hansı müqaviləyə imza atması o qədər də asan deyil.

Nəzərə alaq ki, ortadakı müqavilə mətninin müəllifi Vaşinqtondur və Moskva bu prosesə olan qısqanclığını gizlətmir. Yəqin Bayramov və Mirzoyan ABŞ-dan sonra bu dəfə Rusiyada danışıqları davam etdirəcəklər. Kremlin israrı bundan ibarətdir ki, 2020-ci il 10 noyabr atəşkəs razılaşmasının tərəflərindən biri olan Rusiya kənarda qalmamalıdır.

Digər tərəfdən, Ermənistandakı hakim “Mülki Müqavilə”nin üzvü Arman Yeqoyan deyir ki, Vaşinqonda və Moskvada aparılan danışıqların məzmunu eynidir. Arman Yeqoyan bunu deməklə, daxildəki auditoriyaya müraciət edir. Yəni Paşinyanın adamı demək istəyir ki, bizi satqın olmaqda, xəyanətdə günahlandırmayın. Bu, eyni zamanda o deməkdir ki, sülh müqaviləsi Azərbaycanın maraqlarına uyğun olacaq və məsuliyyət təktərəfli olaraq Paşinyan iqtidarının üzərində deyil. Maraqlı olan bir məqam da budur ki, sülh müqaviləsi imzalanarsa, Ermənistanın bundan faydası nə olacaq…

Bilinən budur ki, Azərbaycan tərəfi Zəngəzur mövzusundan imtina edəcək. Üstəlik, Bakı Ermənistanın regiondakı enerji, nəqliyyat və logistika xəttlərindən istifadəsinə imkan yaradacaq.

Digər bir müsbət məqam da budur ki, Ermənistanın xarici işlər naziri ABŞ-dakı danışıqların ilk günündə Qarabağı (“Artsax”ı) Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan edib.

Kamal ALİYEV,

Sülh Araşdırmaları İnstitunun rəhbəri, politoloq

Bənzər yazılar