Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Paşinyan müxalifətdən danışıb: “O vaxt gülürdülər, indi isə bizi təqlid edirlər”

Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət qüvvələrinin onun istefası üçün tətbiq etdiyi taktikanı şərh edib.

KAİM.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, müxalifəti 2018-ci ildə onun başçılıq etdiyi addımları təqlid etməkdə ittiham edib.

“2018-ci ildə onlar etirazçıların bel çantaları ilə addımlamasına gülürdü, amma indi şəhərdə bel çantaları 2 dəfə bahalaşıb. Müxalifət 2018-ci il inqilabına gülürdü, ancaq indi onu təqlid edir”, – Paşinyan deyib.

Loading...
Yazının davamı reklamdan sonra

Baş nazir zarafatla müxalifət qüvvələrinə sahibsiz itlərin də qoşulmalı olduğunu qeyd edib: “2018-ci ildə yürüşümüz zamanı bizə sahibsiz it qoşulmuşdu. İndi isə it hazırkı müxalifətçilərə qoşulmalı olacaq”.

Paşinyan demokratiyanın dövlətin zəifliyi demək olmadığını qeyd edərək lazım olan məqamda dövlət aparatının sərt reaksiya verəcəyini vurğulayıb.

“İndi onlar etiraf etməlidirlər ki, ya onlar özləri dövlət çevrilişi istəyirlər, ya da biz demokratik yolla hakimiyyətə gəlmişik”, – Paşinyan əlavə edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button