Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Nikol Paşinyanın istefaya getməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan müxalifətin Nikol Paşinyanın istefaya getməsi ilə bağlı iddialarına münasibət bildirib.

KAİM.az xəbər verir ki, Çaxoyan şayiələri təkzib edərək, Ermənistan vətəndaşlərinin seçimlərini cəmi bir il əvvəl etdiyini vurğulayıb.

“Baş nazirin istefası ilə bağlı yalan xəbər yayanlar öz boyunlarının arxasını görəcəklər, amma onun istefasını görməyəcəklər. Ermənistan vətəndaşları seçimlərini cəmi bir il əvvəl edib. “Artsaxın xilaskarları” İrəvan küçələrində xalqı ruhlandırmaq üçün növbəti yalan xəbəri yayıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Başa düşürəm, yoruldunuz, getdikcə azalırsınız, amma belə yalanlarla, kiçik zarafatlarla öz tərəfdarlarınızı daha da məyus edəcəksiniz. Tərəfdarlarınızı məyus edəcəksiniz, çünki onlardan istifadə edə bilməyəcəksiniz”, – dövlət rəsmisi bildirib. // teleqraf.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button