Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Xankəndidə GƏRGİNLİK: Sülhməramlılar Qarabağdan ÇIXARILIR – Rəhbəri isə…

Xankəndində Rusiya hərbçilərinin “sirrini satan” erməni həbs edildi…

Ötən həftə Xankəndinə Ermənistandan bir neçə qanunsuz səfər oldu ki, bu da cəmiyyətdə Rusiya sülhməramlıları ilə bağlı narahatlığı daha da artırdı. Qeyd edək ki, ötən həftə Ermənistanın baş prokurorunun və İrəvandakı ali məktəblərin bir neçə rektorunun qanunsuz olaraq Xankəndinə gəldikləri deyilir. Son olaraq, iyunun 8-də separatçıların lideri  Araik Arutyunyan Erməni Ümumi Xeyirxahlar İttifaqının Ermənistan bölməsinin prezidenti Vazgen Yakubyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Ekspertlər hesab edirlər ki, bu cür qanunsuz səfərlərlə bağlı etirazları çatdırmaq üçün Qarabağdakı sülhməramlıların rəhbərliyi Bakıya çağırılmalıdır. İctimaiyyət bilməlidir ki, sülhməramlılar Qarabağda nə işlə məşğuldurlar. Yada salaq ki, bu ilin yanvarından Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov  rəhbərlik edir. General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Kimyəvi Müdafiə Ali Hərbi Komandanlıq Məktəbində təhsil alıb. İlk xidmətinə Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında leytenant rütbəsində başlayıb. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində 201-ci motoatıcı diviziyasının tərkibində xidmət edib. 1 il sonra isə mayor rütbəsində Baqlan əyalətinin Puli-Xumri rayonundakı motoatıcı alayda xidmətə başlayıb. Əfqanıstandan sonra Volkov yenidən Şimali Qafqazda xidmətə qayıdaraq Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında kimya xidməti rəisi işləyib. 1999-cu ildə Şimali Qafqaz Hərbi Dairəsinin 58-ci birləşmiş ordusunun Radiasiya, Kimyəvi və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb. Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib. Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına kimi Qarabağdakı rus sülhməramlılarının komandanı general-leytenant Rüstəm Muradovun müavini olub.

Bu arada isə Qarabağda olan Rusiya sülhməramlılarına  Ukraynada ehtiyac duyula biləcəyi haqda xəbərlər yayılıb. Amerikalı analitik İrina Tsukerman milli.az-a açıqlamasında deyib ki, Rusiya Ukraynadakı müharibə səbəbindən  Gürcüstandan və ya başqa yerlərdən fəal döyüşçüləri çıxarmalı ola bilər: “İşlərin necə getməsindən asılı olaraq, hətta Qarabağdakı sülhməramlılara da Ukraynada və digər başqa yerlərdə ehtiyac duyula bilər. Bununla belə, bunun yaxın gələcəkdə baş verməsi ehtimalı yoxdur, çünki bu, strateji bir yerdə nəzarət və təsirin itirilməsi demək olar. Rusiya hələ o qədər ərazi, maliyyə, siyasi və kadr xərcləri ilə üzləşməyib ki, küncə sıxışdırılıb hansı ərazini saxlayacağını seçmək məcburiyyətində qalsın. Qarabağdakı sülhməramlılar minimal zatən səviyyədə saxlanılır “.

Loading...
Yazının davamı reklamdan sonra

Xankəndində isə “dövlət xaini” həbs edilib. Erməni mediasının yazdığına görə, “artsax”ın “milli təhlükəsizlik xidməti” “dövlətə xəyanət” faktını açıb. Bildirilir ki, “əməliyyat-axtarış tədbirləri nəticəsində 2021-ci ilin yanvar-fevral aylarında “artsax respublikası”nın vətəndaşı L.G. Facebook sosial şəbəkəsində qız adı ilə qeydiyyatdan keçib və  “xarici kəşfiyyat xidmətlərinin nümayəndələri” ilə əlaqə yaradıb.

“2021-ci ilin fevralından 2022-ci ilin may ayına qədər olan müddətdə o, mövqelər, hərbi heyət və texnika, cəbhə xəttində döyüş növbətçiliyi və Rusiya sülhməramlıları haqqında məxfi məlumatları ötürüb” deyə, məlumatda bildirilir. Bildirilir ki,  keçmiş hərbçi mükafat kimi təxminən  2 min dollar alıb. O, həbs edilib və artıq “günahını” etiraf edib.

Musavat.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button