Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Yeni ərazilər Azərbaycan ordusunun nəzarətinə KEÇİR – Ermənilər QOVULUR

Laçın rayonundakı Zabux kəndində qanunsuz yaşayan ermənilər arasında çaxnaşma artıb.

KAİM.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, buradakı bəzi ailələr çamadan əhval-ruhiyyəsindədir, əşyalarını yığaraq kəndi tərk etməyə başlayıblar.

Bir neçə gün öncə Xankəndidən “vəzifəli məmur”un kəndə gələrək, sakinləri ailələri ilə birlikdə buranı tərk etməyə razı salmaq üçün danışıq aparması barədə xəbər Zabuxa ildırım sürərtilə yayılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Mülki ermənilərə bildirilib ki, tezliklə “Laçın dəhlizi”nə alternativ çəkilən yol istifadəyə veriləndən sonra Zabux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi zonaya daxil olacaq.

“Hraparak” yazır ki, kənddəki erməni icmasının rəhbəri Andranik Çauşyan sakinlər arasındakı çaxnaşmanın qarşısını almaqda çətinlik çəkir. Artıq kənddə 50-yə yaxın ailə qalıb.

Üçtərəfli sənədə əsasən, yeni yol bu il ərzində istifadəyə verilməlidir.

Məlumata görə, yaxın günlərdə Xankəndidən separatçıları təmsil edən şəxslər Zabuxa gələcək, burada yaşayanlarla vəziyyəti müzakirə edəcəklər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button