Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! “Qarabağ klanı”na növbəti ZƏRBƏ – Ermənistan üçün ağrılı günlər BAŞLADI

Bu gün Ermənistandakı aksiyaların təşkilatçıları Qarabağdan getmiş cinayətkarlardır. İki hərbi cani Köçəryan-Sərkisyan və Ermənistandakı daşnaklar bu gün ortaya çıxıb hakimiyyət davası edir. Amma Ermənistanda baş verənlərdən nəticə çıxarmağı bacaranlar bu aksiyalara qoşulmur və bunun əleyhinədir. Bəyan edirlər ki, Qarabağla bağlı 30 ildə Ermənistanın başına ancaq müsibət və fəlakət gəlib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov Ermənistandakı aksiyalar fonunda baş verənləri şərh edərkən deyib.

Onun fikrincə, İrəvan erməniləri hesab edir ki, Qarabağ məsələsi ortaya atılandan Ermənistan üçün ağrılı günlər başlayıb:

Loading...
Yazının davamı reklamdan sonra

“Ona görə də prosesdən düzgün nəticə çıxarmağı bacaran ermənilər əsl reallığı görməyə çalışırlar. Ermənistanda insanların əksəriyyəti Qarabağ məsələsinin əleyhinə fikirlər səsləndirirlər. Açıq şəkildə bəyan edirlər ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Qısa dövrdə erməni işğalçılar Qarabağı işğalda saxlasalar da torpağın əsl sahibləri onu azad etdi”.

Millət vəkili artıq iki aydır Ermənistanda davam edən etirazlar fonunda yaranan mənzərənin əslində nədən xəbər verdiyini açıqlayıb:

 

“Bu aksiyalara lazımi qədər ictimai dəstək yoxdur. Müəyyən bir qrup bu aksiyalarda iştirak etsə də, kütləvilik xarakteri yoxdur. Çünki bu gün Ermənistanda əhalinin maddi durumu ağırdır. “Qarabağ klanı”nın təmsilçiləri ermənilərin ağır durumundan da öz maraqları üçün istifadə etməyə çalışırlar”.

Elman Məmmədova görə, Ermənistan erməniləri Qarabağdan gələn cinayətkar ermənilərin talançı, quldur olduğunu bəyan edirlər:

“Vaxtilə hakimiyyətdə olan “Qarabağ klanı”nın üzvləri Ermənistanın indiki ağır duruma düşməsi üçün əllərindən gələni ediblər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button