Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Paşinyandan AÇIQLAMA – Bu danışıqların Qarabağla əlaqəsi YOXDUR

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın Qarabağla əlaqəsi yoxdur.

“Margin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Bakı və İrəvan arasında fərqli danışıqlar formatı var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir:

Loading...
Yazının davamı reklamdan sonra

“Azərbaycan-Ermənistan dialoqunun ikinci istiqaməti tərəflər arasında münasibətlərin normallaşmasıdır. Nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasını nəzərdə tutan 3-cü istiqamət də var”.

Jurnalistin “Rusiya bu məsələdə daha çox Azərbaycanı dəstəkləyir” sualına Paşinyan “Rusiya Federasiyası Ermənistanın strateji partnyoru və müttəfiqidir, amma onun Azərbaycanla da çox yaxın münasibətləri var”, – deyə cavab verib.

Paşinyan bildirib ki, bu halda Rusiyanın Qarabağda hərbi əməliyyatların dayandırılmasına dair 2020-ci il 10 noyabr üçtərəfli bəyanatının icrasında qarant kimi rolu görünür.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button