Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Erməni deputatların həyasız QARABAĞ SƏFƏRİ – Seperatçılar QIZIŞDIRILIR

Ermənistan parlamentinin müxalifətin Müqavimət Hərəkatında təmsil olunan deputatları vitse-spiker İşxan Saqatelyanın başçılığı altında iyunun 21-dən 23-nə kimi Qarabağda qanunsuz səfərdə olublar.

Onlar Qarabağdakı separatçılarla – keçmiş və hazıkı başçılarla, “siyasi qüvvələr”lə görüşlər keçiriblər.

KAİM.az xəbər verir ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan bu gün Qarabağ səfəri barədə açıqlama yayıb.

Loading...
Yazının davamı reklamdan sonra

“Biz Müqavimət Hərəkatının tərkibində Qarabağa səfər etmişik. Bu, kifayət qədər səmərəli, hərtərəfli və yalnız rəsmi görüşlərlə məhdudlaşmayan hadisəli səfər idi”,-deyə o bildirib.

Deputatın sözlərinə görə, onlar Ağdərə, Əsgəran, Xocavənddə, eləcə də Qarabağın mərkəzi şəhəri Xankəndidə müxtəlif peşə sahibləri ilə çoxlu sayda görüşlər keçiriblər.

“Əsas vəzifə danışmaq yox, soydaşlarımızı dinləmək idi”, – Abramyan qeyd edib.

Bundan əlavə, Abramyan Qarabağdakı qondarma rejimin “parlamentində” yerli “siyasi qüvvələr”lə görüş keçirildiyini qeyd edib.

“İştirak edənlərin hamısı razılaşdı ki, Ermənistan və Qarabağ heç bir halda azərbaycanlaşmamalı və türkləşməməlidir”, – deyən deputatın sözlərinə görə, bu, indi prioritet gündəmdir.

Onun sözlərinə görə, separatçıların keçmiş “prezidentləri” Arkadi Qukasyan və Bako Saakyanla görüşlərdə Qarabağda milli məsələlərdə ictimai-siyasi konsensusun olduğu, “Qarabağ xalqının” öz haqlı tələbini reallaşdırmaqda həmrəyliyi vurğulanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button