Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

ŞAD XƏBƏR! Qarabağda TARİXİ DƏYİŞİKLİK – Bundan sonra Xankəndində…

Laçın şəhəri, Laçın dəhlizi və Zabux kəndi Azərbaycana təhvil verildikdən sonra bölgəyə gediş-gəlişdə mühüm dəyişikliklər baş verəcək. Çünki Laçın rayonuna bir neçə istiqamətdən yol gedir. Zabux, Güləbird istiqamətindəın çıxan yol Laçın rayon mərkəzinə daxil olur. Laçının mərkəzindən isə rayonun bütün ərazisinə Şimal-Qərb istiqamətindən, yaylaqlardan keçməklə Kəlbəcərə getmək mümkün olacaq.

KAİM.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, bölgədə yeni tuneller çəkilir:

Loading...
Yazının davamı reklamdan sonra

“Kəlbəcərə Toğanalıdan və Daşkəsəndən yeni yolların çəkilişi gedir. Eyni zamanda Kəlbəcərdən Laçına keçən yeni gözəl yollar inşa edilir. Artıq Xankəndidən çıxıb Şuşa istiqamətində, Zabux çayından keçməklə Ermənistana daxil olacaq yolun çəkilişi yekunlaşır. Bu yolun inşası yekunlaşdıqdan sonra əvvəlki dədə-baba Şuşa-Laçın yolu açılacaq. Burada olan rus sülhməramlıları da yeni yola keçəcək”.

Millət vəkili deyib ki, Laçın dəhlizi bizim nəzarətimizə keçdikdən sonra Şuşadan çıxan maşınlar Laçından keçməklə Kəlbəcərə, oradan da Daşkəsən və Göygöl istiqamətinə hərəkət edə biləcək:

 

“Dövlət başçısı da qarşıya məqsəd qoyub ki, tez bir zamanda azad edilmiş ərazilərə yeni yollar çəkiləcək. Bu da bərpa-quruculuq və məskunlaşma üçün olduqca vacibdir”.

Elman Məmmədov hesab edir ki, bu gün Zabux kəndində yaşayan hansısa livanlı bir erməninin oradan çıxmamaqla bağlı dediyi sözlərin heç bir əhəmiyyəti yoxdur: “Çünki bu ərazilərin əsl sahibləri artıq öz yurd-yuvasına qayıdacaq”. // Teleqraf.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button