QAFQAZ XƏBƏRLƏRİ
SON DƏQİQƏ! Ordumuz bu ərazilərdə nəzarəri ƏLDƏ EDİR: Yeni kəndlər… – RƏSMİ

Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək.
KAİM.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.
Dünən yayılan məlumatda həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndi olduğu bildirilmişdi.
Loading...
Yazının davamı reklamdan sonra
Lakin bu gün məlum olub ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Yəni “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.