Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Hazırda Gürcüstan həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı 94 nəfər təşkil edir.

KAİM.az-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin iyun ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, aylıq müqayisədə vətəndaşların sayı 1 nəfər azalıb. Onların 14-ü ittiham olunan, 2-si yeniyetmə olmaqla 80-i isə məhkumdur.

Loading...
Yazının davamı reklamdan sonra

Gürcüstanda probasiya nəzarətində 33-ü kişi, 7-si qadın olmaqla 40 nəfər Azərbaycan vətəndaşı var ki, onların sayı aylıq müqayisədə dəyişməyib.

Qonşu ölkədə həbs cəzası çəkən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 602, probasiya nəzarətində saxlanılan xarici ölkə vətəndaşlarının ümumi sayı isə 309 nəfərdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button