Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Ermənistanda yüksək rütbəlilərdən ibarət ordu TOPLANIR – Səfərbərlik planına uyğun olaraq…

Ermənistan Müdafiə Nazirliyi bu il sentyabrın 15-dən dekabrın 15-dək ehtiyatda olan hərbçilər üçün təlimlər keçirməyi planlaşdırır.

Təlimlərdə ehtiyatda olan 318 hərbçi iştirak edəcək. Onlardan 210-u kiçik çavuş və sıravi, 10-u baş çavuş, 98-i isə zabitdir. Təlimlərə 16-ya qədər zenit raket və havadan müdfiə ixtisası üzrə ehtiyatda olan əsgər və zabitlər, həmçinin 26-dək kəşfiyyatçı, 71-ə qədər rabitəçi və digər mütəxəssilər cəlb olunacaq.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Publika.az-a açıqlamasında bu tip təlimlərin bütün dövlətlərdə, o cümlədən Azərbaycanda və Ermənistanda da keçirildiyini diqqətə çatdırdı:

Loading...
Yazının davamı reklamdan sonra

“Ordudan ehtiyata buraxılan hərbi vəzifəlilər müəyyən bir müddət sonra bir yerə toplanılır və onlar müəyyən hazırlıq keçdikdən sonra təlimlərə cəlb edilirlər. Ermənistan Vətən müharibəsindən məğlubiyyətlə ayrıldı, itkiləri də çox oldu və bəzi hərbi ixtisaslarda ciddi boşluqlar yarandı. Bu təlim də səfərbərlik planına uyğun olaraq, ehtiyatda olan hərbi vəzifəliləri boşalmış yerlərə cəlb etmək üçün keçirilir”.

Ekspert düşünür ki, təlimə çağırılan hərbçilərin sayı az olduğu üçün elə də diqqəti cəlb etmir:

“Buna görə təlimlərin arxasında hansısa planların və ya Azərbaycanın hərbi-siyasi maraqlarına təhlükə yaradacaq bir məsələnin olduğunu da düşünmürəm”.
Hərbi ekspert Ədalət Verdiyev açıqlamasında bu təlimləri Azərbaycana qarşı yönəlmiş addım kimi dəyərləndirdi:
“Son günlər cəbhə xəttində atəşkəs rejiminin pozulması hallarının artması, Ermənistanı orduda şəxsi heyətin komplektləşdirilməsi sahəsində ciddi addımlar atmağa vadar edir. Onlar artıq başa düşürlər ki, əgər üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməsələr, bu, Azərbaycanı birgə bəyanatdan imzasını geri çəkməyə, hətta hərbi əməliyyatları başlamağa sövq edə bilər”.
Ermənistanın belə təlimləri müharibədən əvvəl də keçirdiyini deyən müsahibimizin sözlərinə görə, Vətən müharibəsindəki məğlubiyyətindən sonra sayı da artırıldı:
“Bu da Ermənistan ordusunda şəxsi heyət və ixtisaslı kadr çatışmazlığından irəli gəlir. Təlimlərə cəlb edilən hərbçilərə hər hansı vəzifədə işləməklə bağlı təkliflər verilir və bunun hesabına boşluqları doldurmağa çalışırlar”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button