Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Xaricdə yaşayan bəzi ermənilər İrəvana buraxılmır

“Daşnaksütyun” Partiyasının Niderlanddakı gənclər təşkilatının erməni əsilli fəalı Suen Abramyanın Ermənistana girişinə qadağa qoyulub.

KAİM.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Suen qeyd edib ki, heç bir izahat verilmədən hava limanında 12 saat saxlanılıb. Bundan sonra ona arzuolunmaz şəxs olduğu deyilib və Niderlanda qayıtmalı olduğu bildirilib.

Loading...
Yazının davamı reklamdan sonra

“Dünən gecə “Daşnaksütyun”un Gənclər Ofisinin Sünikdə təşkil etdiyi könüllü düşərgələrində iştirak etmək üçün Ermənistanın “Zvartnots” hava limanına gəldim. Məni 12 saat saxladıqdan sonra heç bir izahat verilmədən vətənimə daxil ola bilməyəcəyimi, arzuolunmaz insan olduğumu və Niderlanda qayıtmalı olduğumu söylədilər”, – Suen qeyd edib.

Eyni zamanda Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyan da Ermənistana buraxılmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button