Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Rəsmi Bakıdan Ermənistana KRİTİK MESAJ – İlham Əliyev NÖQTƏNİ QOYDU

Rəsmi Bakı ikinci Qarabağ müharibəsindən əvvəl olduğu kimi Ermənistanın danışıqların imitasiyası ilə məşğul olduğu dövrün təkrar olunmasını istəmir.

KAİM.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Musulmans en France” internet portalına müsahibəsində bildirib.

O vurğulayıb ki, işğal döründə Ermənistanın Azərbaycan torpaqlara vurduğu dağıntı və ziyana baxmayaraq, Bakı İrəvana münasibətlərin normallaşdırılmasını təklif edib.

Loading...
Yazının davamı reklamdan sonra

“Azərbaycan həmişə bəyan edib ki, sülhə mane olan yeganə məsələ işğal faktıdır. İşğal faktı aradan qaldırıldığı üçün biz Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğumuzu bəyan etmişik. Ona görə də Prezident İlham Əliyev Ermənistanla hərtərəfli sülh sazişi imzalamaq ideyası ilə çıxış edib”, – deyə XİN rəsmisi bildirib.

Leyla Abdullayeva qeyd edib ki, bu prosesdə hər iki tərəfin siyasi iradəsi mühüm rol oynayır.

“İndi açıq şəkildə bildirmək istədiyimiz bir məsələ var, biz danışıqların imitasiyası ilə bağlı vəziyyəti bir daha görmək istəmirik, çünki biz bunu 30 il ərzində görmüşük. Əgər Ermənistan tərəfi son 30 ildə danışıqların imitasiyası ilə məşğul olmasaydı, o zaman, yəqin ki, ikinci Qarabağ müharibəsi də olmazdı. Biz imitasiya yox, real, konkret nəticələr görmək istərdik”, – deyə diplomat qeyd edib.

Bənzər yazılar

Back to top button