Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Ermənistandan KRİTİK MESAJ – Tezliklə Azərbaycan üzrə 3 istiqamətdə plan REALLAŞIR

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında mümkün avtomobil marşrutunun açılması inkişaf mərhələsindədir.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Avqustun 18-də Ermənistanın Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacağı bildirilib. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən hökumətə qərar layihəsi təklif edilib.

Təhlükəsizlik Xidmətinin yeni açıqlamasında qeyd edilib ki, bu qurumdan təklif edilən layihəyə əsasən, üç yeni keçid məntəqəsinin açılması planlaşdırılır ki, bunlar vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına avtomobil yolu ilə getmək mümkün olacaq.

“Hazırda mümkün (avtomobil) marşrutlar və prosedurlar hazırlanır, ona görə də müvafiq qərarlar qəbul edildikdən sonra suallara cavab verilə bilər”, – açıqlamada qeyd edilib.

 

Keçid məntəqələri Kəlbəcər, Qubadlı və Naxçıvan istiqamətlərində qoyulacaq.

Qeyd edək ki, dünən Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş baş tutub.

Bənzər yazılar

Back to top button