Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Arutyunyan QOVULUR – Rusiya bu şəxsi seperatçıların başına GƏTİRİR

“Kremlin Araik Arutyunyanı Ruben Abramyanla əvəz etmək etmək planının olduğunu istisna etmək olmaz”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyada yaşayan erməni iş adamı Ruben Vardanyanın Azərbaycanla bağlı separatçı və təxribatçı mesajına diqqət çəkib:

“Bir milyard dollardan artıq əmlakı olan Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək, Xankəndidə yerləşmək istəyinə sıradan hadisə kimi baxmıram. Bu, 44 günlük müharibədən sonra Azərbaycana qarşı həyata keçirilən növbəti və planlanlaşdırılan təxribatdır. Vardanyanın Qarabağdan rus dilində yaydığı paylaşımını izlədim. Həmin paylaşımda digər imkanlı erməniləri də Qarabağa köçməyə çağırış edir.

Rusiyada rahat həyat yaşayan və yaxşı pullar qazanan erməni niyə səfalət içində və Azərbaycan ordusunun nişangahında olan bölgəyə köçsün? Əksinə, imkanı olan erməni Qarabağı və Ermənistanı tərk etməyə çalışır. O biri tərəfdən, Vardanyan Qarabağ ermənisi də deyil. Köçməyə gəldikdə, gərək Ermənistanın keçmiş prezidentləri və Qarabağda doğulmuş Robert Köçəryan və Serj Sərkisyan ora qayıtmalıydı. Ancaq onlar daha təhlükəsiz yerdə yaşamağa üstünlük verirlər”.

Elxan Şahinoğlu qeyd edib ki, Vardanyan Rusiya hakimiyyətinin təmsilçiləri ilə sıx bağlıdır:

 

“Demək, bu təxribatın arxasında Rusiyadakı müəyyən siyasi dairələr dayana bilər. Məqsəd Azərbaycan ordusunun sonrakı irəliləmələrini müxtəlif yollarla əngəlləməkdir. Abramyan Rusiyadan qazandığı pulları separatçıların olduqları ərazilərdə xərcləməyə başlayacaq.

Moskva separatçıların başçısı Araik Arutyunyanı Ermənistan Baş naziri Nikol Paşinyanın adamı kimi dəyərləndirir. Kremlin Arutyunyanı Ruben Abramyanla əvəz etmək etmək planının olduğunu istisna etmək olmaz. Arutyunyan erməni əsilli keçmiş rusiyalı oliqarxın əhatəsində özünü gərgin hiss etməyə başlayacaq.

Abramyanın “Qarabağa gəlin” çağırışına başqa imkanlı ermənilərin səs verəcəyini istisna etmək olmaz.

Laçına alternativ yol tikdik, orada da əli silahlı separatçılar peyda olublar. Növbəti çağırışlarla üz-üzəyik, cavabımız nə olacaq? Bu haqda düşünməliyik. Ordumuz öz işini görür və görəcək, ancaq Ruben Abramyanın siyasi gedişinə harda yaşamasından asılı olmayaraq, hansısa azərbaycanlı oliqarxın da biznesini Şuşa və ya Laçından idarə etməyə qərar verməsi yerində olmazdımı?”.

Bənzər yazılar

Back to top button