Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Paşinyandan şok Qarabağ MESAJI – “Azərbaycanla danışıqlarda…”

“Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi fonunda İrəvan konstitusiya dəyişikliyinə getməli, Müstəqillik haqqında Aktına dəyişiklik etməlidir”.

KAİM.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Ekspert Ermənistandan Qarabağ məsələsi ilə bağlı verilən son açıqlamaya diqqət çəkib:

“Paşinyanın partiyasının üzvü Armen Yeqoyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Qarabağ mövzusunun müzakirə edilmədiyini və bu məsələnin mümkün sazişə aid olmadığını deyib. O, bu məlumatı Paşinyanın öz fraksiyası ilə görüşündə verdiyini söyləyib.

Bəli, doğrudan da Azərbaycan və Ermənistan arasında açılım prosesində Qarabağ müzakirə olunmur, çünki bu məsələ ölkəmizin daxili işidir. Bakı nə ATƏT-lə, nə də Ermənistanla Qarabağı müzakirə etmək fikrindədir. Cənab prezidentin qeyd etdiyi kimi, Qarabağa heç bir status verilməyəcək.

 

Əlbəttə, indiki halda danışıqların əsl məqsədi Ermənistanın Qarabağa olan əsassız iddiasından imtinası, yaxud Azərbaycana qarşı ərazi iddialarına son qoymasıdır. Əks təqdirdə, müzakirə edilən sülh müqaviləsi Azərbaycanın nəyinə lazımdır? Ona görə də yeqoyankimilərin nə deməsindən asılı olmayaraq, Azərbaycan danışıqlarda o şərtlə iştirak edir ki, İrəvan keçmişə deyil, gələcəyə baxsın. Belə olmasa, Azərbaycan rəsmi şəkildə Qərbi Zəngəzura və Göyçəyə haqlı tələblərini qaldıra bilər. Məlum məsələdir ki, Qərbi Zəngəzurun və Göyçənin birtərəfli qaydada, qeyri – qanuni şəkildə kommunistlər tərəfindən Ermənistana verilməsinin heç bir hüquqi əsası yoxdur. Elə bu yaxınlarda Qərbi Azərbaycanlıların İcmasının fəaliyyətə başlaması da ondan xəbər verir ki, tarixi ədalət mütləq şəkildə bərpa ediləcək”.

Zaur Məmmədov onu da əlavə edib ki, Azərbaycan və Ermənistan arasında mümkün sülh sazişi fonunda İrəvan konstitusiya dəyişikliyinə getməli, Müstəqillik haqqında Aktına dəyişiklik etməlidir:

“1991-ci ildə Ermənistan tərəfindən qəbul edilən Müstəqillik haqqında Aktda bu sənədin 1989-cu ildə Ermənistan Ali Məclisinin və həmin ilin dekabrın 1-də “Dağlıq Qarabağla Ermənistanın birləşməsi” ilə bağlı “DQ Məclisi”nin “qərarları” əsasında hazırlandığı bildirilir. Əlbəttə bu kağız parçasının heç bir hüquqi qüvvəsi yoxdur Amma bu və ya digər şəkildə gələcəkdə mümkün iddialardan sığortalanmaq üçün Ermənistanın rəsmi şəkildə Qarabağ və Ağrı vilayətinə olan əsassız iddialarından imtinası çox vacibdir.

Hər halda, hadisələr çox dinamikdir və region ətrafında baş verəcək hadisələrin küləyini hiss edəcəyimiz istisna deyil. Bu və ya digər şəkildə XXI əsr Azərbaycan üçün düşərli olmaqda davam edəcək”.

Bənzər yazılar

Back to top button