Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Ermənistan-Azərbaycan sərhədi ilə bağlı ŞOK FAKTLAR – Qafqaz xəritəsindəki sirrlər AÇIQLANDI

Əlbəttə, kommunistlərin 1920-ci il noyabrın 30-dan on il ərzində Azərbaycan torpaqlarını birtərəfli şəkildə Ermənistan SSR-ə vermələri və bundan sonra iki ölkə arasındakı formal sərhədin hazırda danışıqlarda yol xəritəsi olmasından söhbət gedə bilməz. Beləliklə, Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və bu sərhədlərin 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə açıqlaması absurddur. Bəllidir ki, Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru əldən verməməkdir. Ona görə də Ermənistan tərəfi SSRİ xəritələrini gündəmə gətirməyə çalışır. Son variant kimi də Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də “müəyyənləşən sərhəd xətti”nə istinad etmək istəyir”.

Saytların yığılması Saytların yığılması

Zaur Məmmədov Rusiyanın bu prosesdə mövqeyinə də toxunub:

“Rusiya isə ən son xəritələr haqda danışarkən, 1974-cü il SSRİ xəritələrinə əsasən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını gündəmə gətirmişdi. Vurğulamaq lazımdır ki, bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. Belə ki, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişikliyi baş verib ki, bu da SSRİ-nin sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb.

Yuxarıdakı deyilənləri nəzərə alaraq, 1991-ci il Almatı sammiti zamanı qəbul edilən sərhəd xətti ciddi sual qarşısında qalır. Belə ki, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. 1984-86 cı illərdə isə İcdarın 2500 hektar otlaq sahəsi Ermənistana verilib.

Qeyd etmək lazımdır ki, 80-ci illərdə ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməyib. SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan Prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün addımları rəsmən qanunsuz elan edib.

Beləliklə, sovet dövründə 1920-ci ilin sonundan 1991-ci ilə qədər ərazilərimizin bir hissəsinin Ermənistana verilməsi qərarları qanunsuzdur və indiki məqamda bu məsələnin beynəlxalq arenada qabardılması mümkünsüz kimi görünməməlidir”.

Ekspert vurğulayıb ki, əgər söhbət Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən edilməsindən gedirsə, onda hər iki ölkənin 1920-ci ilə qədər olan sərhədlərinə baxmaq lazımdır:

“Aydın məsələdir ki, SSRİ dövründə sərhədlərin dəyişdirilməsi birtərəfli olub və qeyri-qanuni xarakter daşıyıb. Bu gün Rusiyanın özünün bir çox qonşu dövlətlərin sərhədlərini 1920-ci il kontekstində sual altına qoyduğu, Qərbin SSRİ-nin kommunist rejimini “qeyri-legitim” adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azı 1920-ci ilə qayıtması üçün tutarlı arqumentləri var.

Ermənistan 1920-ci ilin payızında bolşevik ittifaqına daxil olarkən 9 000 kvadrat kilometr əraziyə malik idi. Buna görə də Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyəcanlanmasının heç bir hüquqi və məntiqi əsası yoxdur”.

Bənzər yazılar