Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Rusiyadan Azərbaycana YENİ TƏHDİD – Putinin SSRİ və Qarabağ planları İŞƏ DÜŞDÜ

“Rusiya Prezidenti Vladimir Putinin “Valday” Forumundak açıqlaması Azərbaycanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə aşkar təhdid idi”.

KAİM.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Rusiya liderinin sözügedən forumdakı fikirlərinə diqqət çəkib:

“Erməniləri ələ almağa, onları Rusiyanın əsarətində saxlamağa çalışan Putin “Ya Qarabağda Azərbaycan suverenliyini tam tanıyan “Vaşinqton sənədi” ilə razılaşın, ya da Rusiya sülh sazişinə “Qarabağ məsələsi”ni də daxil etmək imkanı yarada bilər” söylədi.

Putinin bu fikrinin açması budur: “Rusiyanın təkliflərini qəbul etsəniz, “Qarabağın statusu” məsələsini mümkün qədər uzadacağımı vəd edirəm”.

Putin rusiyalı sülhməramsızları Qarabağda mümkün qədər çox saxlamaq istəyir.

Onun açıqlaması həm də Xankəndindəki terrorçu-separatçı rejimə mesajdır: “Narahat olmayın, nə qədər ki mən deyəni edəcəksiniz, mövcudluğunuz davam edəcək”.

Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından iki il keçsə də, sənədin 4-cü bəndi, yəni Ermənistan hərbi birliklərinin Azərbaycan ərazilərini tamamilə tərk etməsi öhdəliyi hələ də reallaşdırılmayıb. Bəyanatın 9-cu bəndində qeyd olunan Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək “maneəsiz keçid” öhdəliyi hələ də kağızda qalır. Erməni hərbçiləri hələ də Xankəndində, Əsgəranda, Ağdərədə, Xocalıdadır. Rusiyalı sülhməramlılar hələ də erməni terrorçuların ərazimizə sızmalarına, silah-sursat, xüsusilə də mina daşınmasına şərait yaradır.

Niyə? Çünki Rusiyanın “dostluğu” əqrəbin şəfqəti kimidir”.

Elçin Alıoğlu bildirib ki, SSRİ-ni bərpa etmək arzusu ilə qıvrılan Putinin ermənilərdən əl çəkəcəyini düşünmək də sadəlövhlükdür:

“Qətiyyətlə, soyuqqanlıqla, məntiqlə yolumuza davam etməliyik. Rusiyaya gəldikdə isə, bu ölkə ən yaxşı halda bizə tərəf-müqabil ola bilər, dost və ya müttəfiq ola bilməz”.

Bənzər yazılar

Back to top button