Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Qərbin Paşinyandan TƏCİLİ TƏLƏBİ: “Sülh müqaviləsi İMZALANMALIDIR”

ABŞ-a “Artsax”ın Azərbaycanın bir hissəsi kimi tanınması lazımdır, çünki bu halda növbəti mərhələdə Rusiya sülhməramlıları regionu tərk edəcək və sonra burada Rusiya hərbi bazasının olması mənasız olacaq.

KAİM.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu politoloq Stepan Danielyan “Dünyada baş verən proseslərin Ermənistana təsiri” mövzusunda müzakirə zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin Qərb və Rusiya modellərindən danışarkən deyib.

“Bunun nəticəsində region Rusiya və İranın nəzarətindən çıxır. Rus versiyasında deyilir ki, “Artsax” məsələsini gələcəyə buraxmaq lazımdır ki, sülhməramlılar “Artsax”da qalsın” – deyə erməni politoloq əlavə edib.

Müzakirə iştirakçılarından siyasi elmlər doktoru Artur Xaçikyan da ABŞ dövlət katibi Entoni Blinkenin baş nazir Nikol Paşinyanı danışıqların tempini saxlamağa çağırdığını xatırladıb. “Bu, Rusiya versiyasına deyil, Qərbə uyğun olaraq “qondarma sülh sazişi”nin imzalanmasına çağırışdır. Blinkenin mesajı ondan ibarət idi ki, bu məsələlərlə məşğul olmaq lazım deyil, sülh müqaviləsi imzalanmalıdır”.

Politoloq Argişti Kiviryan qeyd edib ki, son vaxtlar Nikol Paşinyan Rusiya modelinə bir növ “U-dönüşlər” edir və burada ona fərqli istiqamətdə davam etmək lazım olduğu açıq şəkildə diktə olunur”.

Bənzər yazılar

Back to top button