Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

“SSRİ uduzdu və DAĞILDI, Rusiya üçün də belə olacaq” – ŞOK İDDİA

KAİM.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ukraynalı politoloq Mikola Davidyuk deyib.

“Məncə, Xersonun azad edilməsi onlar üçün ciddi problem yaradacaq. Bu, Krımın qaytarılması və Rusiya Federasiyasının dağılması prosesinin başlanğıcı oldu. Elita daha “güclü Putin”ə inanmır. Ukrayna onun işğal etdiyi yeganə regional mərkəzi asanlıqla geri qaytardı”, – ekspert bildirib.

Davidyukun sözlərinə görə, Xersonun azad edilməsinin böyük simvolik əhəmiyyəti də var:

“Putin qondarma referendumlar nəticəsində Rusiya Federasiyasına birləşdirilmiş ərazilərin bütün vasitələrlə qorunacağını iddia edirdi. Hətta nüvə silahından istifadə ilə bağlı birbaşa göstərişlər də vermişdi. Amma Silahlı Qüvvələr şəhərə daxil oldu və hazırda vilayətin tam azad edilməsi ilə məşğuldur”.Onun fikrincə, Krımla bağlı tarix təkrarlanacaq. Davydyuk əmindir ki, təhdidlər bir daha heç bir nəticə verməyəcək, Putinin uduzması qaçılmazdır.

“Rusiya prezidenti müharibəyə “oyuncaq dəstəsi” ilə başladı, indi “Şimal Axını” yoxdur, Krım körpüsü və Xerson yoxdur.

Nüvə dövləti olan Sovet İttifaqı də uduzdu və dağıldı. Sovet İttifaqından on dəfələrlə zəif olan Rusiya tüğyan edən korrupsiyaya, sıfır texniki potensiala və lal generalların yuxulu ordusuna sahibdir. Müasir Rusiya üçün resept budur, ona görə də Rusiyanın bugünkü formada salamat qala biləcəyinə inanmıram və Xerson bunun başlanğıcı idi. Bu, yüz faizdir”, – Davidyuk deyib.

Bənzər yazılar

Back to top button