Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

İrəvanda müharibəyə HAZIRLAŞIRLAR: “Bakı gözlənilməz zərbə endirəcək” QORXUSU

2020-ci ilin müharibəsi bitməyib, dayanıb və böyük müharibə hələ qarşıdadır.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə erməni hərbi ekspert Karen Hovhannisyan çıxış edib.

Hovhannisyan iddia edir ki, müharibə passiv mərhələdədir: “Aktiv mərhələyə keçəndə Azərbaycan gözlənilməz ssenari ilə hərəkət edəcək. Lakin tammiqyaslı müharibə 44 günlük müharibə ssenarisi üzrə olmayacaq, daha fərqli və genişmiqyaslı olacaq”.

Qeyd edək ki, bu ilin başlanğıcından Ermənistanın ekspert və siyasi dairələrində müharibə qorxusundan tez-tez bəhs edilir. Beynəlxalq ekspertlər də Ermənistan və Azərbaycan arasında müharibə ehtimalını yüksək qiymətləndirir. Buna səbəb Ermənistanın öhdəliklərini yerinə yetirməməsi və 44 günlük müharibədən sonra regionda yaranmış sülh reallığını dəyişdirmək cəhdləridir.

Bənzər yazılar

Back to top button