Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Paşinyandan Rusiyaya KRİTİK HƏMLƏ: Son zərbəni vurmağa HAZIRLAŞIR

Ekspert Ermənistan rəhbərliyinin Azərbaycanla sülh danışıqlarından yayındığını bildirib:

“Avropa İttifaqının Ermənistana iki illik mülki müşahidə missiyası göndərmək qərarı Brüsselin vasitəçiliyinə kölgə salır. Paşinyan bununla Moskvaya “Ermənistanın təhlükəsizliyinin qaranatı”nın Rusiya yox, Avropa İttifaqı olduğu mesajını verir. Brüssel isə bundan istifadə edərək Cənubi Qafqazda geosiyasi mövqelərini möhkəmləndirməyə, Paşinyanın Rusiyanı Ermənistandan çıxarmaq səylərinə dəstək verəcək.

Ermənistan ətrafında baş verənlərin Azərbaycana təsirlərinə gəldikdə, hesab edirəm ki, İrəvan Avropa İttifaqının fəallığından yararlanaraq Bakı ilə sülh müqaviləsini imzalamaqdan yayınmağa çalışacaq. Belə bir gəlişmə regionda sülhün əldə edilməsinə mane olacaq. Şübhəsiz ki, bu kontekstdə Brüsselin missiyasına “Avropa İttifaqı Ermənistanı Azərbaycan və Türkiyədən qoruyur” donunu da geyindirəcəklər”.

Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan yayınması Ermənistana fayda gətirməyəcək:

“Zənn edirəm ki, Avropa İttifaqının bu siyasətinin arxasında Fransa durur və baş verənlər Ermənistanın öz əleyhinə işləyir. Fransanın diktəsi ilə Türkiyə və Azərbaycana qarşı mövqe tutmaq Ermənistan üçün uduşlu olmayacaq. Çünki bu iki ölkə Ermənistana Fransadan daha yaxındır. Bu baxımdan, Azərbaycana qarşı siyasət indi içində olduğu əlverişsiz durumu bir qədər də dərinləşdirə bilər. Fransa da onu bu bataqlıqdan çıxarmayacaq. Azərbaycan isə haqlı mövqeyindən geri çəkilməyəcək”.

Bənzər yazılar

Back to top button