Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyanın geosiyasi HİYLƏSİ – Oyunun sirləri AÇIQLANDI

“Ermənistanda Avropanın və ümumiyyətlə, kollektiv Qərbin aktivləşməsi proqnozlaşdırılan idi: onlar Rusiya Federasiyası ətrafında yaranmış vəziyyətdən istifadə etdilər, lakin İrəvanın hərəkətlərinin nə dərəcədə balanslaşdırılmış olması sual altındadır”.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, bunu “Hayatsk” (Vzqlyad) analitik mərkəzinin eksperti Hermine Mxitaryan deyib.

O qeyd edib ki, xüsusilə Qərbin fəallığı bir sıra rəsmilərin İrəvana səfərləri, eyni zamanda Ermənistan rəsmilərinin qarşılıqlı səfərləri səviyyəsində özünü göstərir.

Onun fikrincə, bu fonda Ermənistan hakimiyyəti geosiyasi avantüraya qərar verib.

Belə ki, bir gün əvvəl Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana gəlib. Bundan əvvəl NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina da regional səfər çərçivəsində Ermənistana gəlib. Bu arada, Ermənistanın xarici işlər naziri Brüsseldə işgüzar səfərdədir və artıq NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Bununla yanaşı, ekspertin fikrincə, Qərbin real maraqlarını və onun ani hədəflərini anlamaq lazımdır.

“Laçın yolu məsələsində Ermənistan hakimiyyəti məsuliyyəti sırf Rusiyanın üzərinə atır. Qərbdə isə bundan maksimum yararlanmağa çalışır, fəallaşır və prosesdə əsas rolu öz üzərinə götürməyə çalışırlar – o cümlədən cəmiyyətin özlərinə qarşı müsbət münasibətini formalaşdırmaqla, danışıqlar prosesinin onların himayəsi altında baş tutmasını təmin etməklər və s”, – Mxitaryan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

O hesab edir ki, Ermənistan hakimiyyəti ölkədə və Ermənistan cəmiyyətində nəzərəçarpacaq dərəcədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirir, Qərbi və onun təklif etdiyi prosesləri müsbət tərəfdən təqdim etməyə çalışır.

Erməni ekspert bununla bağlı sübutları da təqdim edib: Xarici işlər naziri Ararat Mirzoyanın Laçın yolu ətrafındakı vəziyyəti əsas gətirərək danışıqlar üçün Moskvaya getməməsi, lakin bu, onun Brüsselə getməsinə mane olmayıb.

Mxitaryan qeyd edib ki, hakimiyyət anti-Rusiya əhval-ruhiyyəsi ilə siyasət yürütməyi seçib. O iddia edir ki, İrəvan Bakı ilə Rusiyanın vasitəçiliyi ilə görüş keçirmək istəmir, onlar Qərbin himayəsi altında danışıqlara hazır olduqlarını nümayiş etdirirlər.

Mxitaryanın fikrincə, hakimiyyətin bu cür siyasəti və strateji tərəfdaşlarla münasibətlərin kəskinləşməsi geosiyasi avantüradır. Üstəlik, hakimiyyətin apardığı siyasət nəticəsində respublikada təhlükəsizlik problemləri günü-gündən artır.

“Strateji müttəfiqlə dialoq yoxdur. Ermənistan-Rusiya münasibətləri həqiqətən böhran yaşayır. KTMT ilə bağlı rəsmi İrəvan tərəfdaşlara aydın olmayan bəyanatlar verir”, – deyə o qeyd edib.

“Lakin Qərb Ermənistanın suverenliyinin təhlükəsizliyinin təminatçısı kimi görünürsə (hətta bunun mümkün olduğunu düşünsək də), bu, kifayət qədər uzun prosedurdur və vəziyyət çox gərgindir”, – deyə erməni ekspert vurğulayıb.

Bənzər yazılar

Back to top button