Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Xankəndidə QARIŞIQLIQ: Paşinyandan Vardanyanla bağlı MÜDHİŞ PLAN

Məlumata görə, son vaxtlar Paşinyan hakimiyyətini təhdid edən Vardanyanın qəfildən Qarabağdan İrəvana köçməsi də baş verə bilər. Buna görə də rəsmi İrəvan önləyici təbirlər görməkdədir.

“Hraparak” bildirir ki, Vardanyandan narazı olanların bir qrupu Qarabağda əvvəllər müxtəlif “vəzifələr” tutmuş keçmiş “məmurlardır”. Narazıların digər qrupu isə erməni milyarderin gəlişindən sonra işdən və qazancdan məhrum olanlardır. Məlumata görə, R.Vardanyan da artıq hamının “işlərinin” araşdırılması barədə tapşırıq verib.

Mümkündür ki, milyarderə müxalif olanlara qarşı hər an cinayət işinin açılması üçün dəlillər tapıla bilər. Baş verənlər həm Qarabağ separatçıları arasında gərginliyin artdığını, həm də Vardanyanla Paşinyan arasında münaqişənin dərinləşdiyini göstərir.

TVMusavat-ın saat 16:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı olan polkovnik Şair Ramaldanov separatçı rejimlə İrəvan arasında baş verənləri, mümkün antiterror əməliyyatlarını şərh edir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bənzər yazılar

Back to top button