QAFQAZ XƏBƏRLƏRİ
SON DƏQİQƏ! Paşinyan hökuməti Qarabağı TƏSLİM ETMƏYƏ hazırlaşır – Erməni ekspert AÇIQLADI

Musavat.com erməni agentliklərə istinadən xəbər verir ki, bunu politoloq Qagik Ambaryan deyib.
“Bəli, Lavrov qəbuledilməz ifadələr işlədib, faktiki olaraq Ermənistanı işğalçı adlandırıb. Lakin bir “amma” var. Lavrov, heç olmasa, 7 rayonun işğalını deyir, lakin indiki hökumət bura Qarabağı da qatır”, – deyə, Ambaryan “168 Jam” telekanalında bildirib.
Erməni ekspertin fikrincə, Ermənistan hakimiyyəti “Artsax”ı təslim etməyə hazırdır. Onun sözlərinə görə, bundan sonra Qarabağda yalnız “Azərbaycanın əllərini öpməyə” hazır olanlar qalacaq.
KAİM.az