Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

TƏCİLİ! Moskva HƏDƏLƏDİ, İrəvan fikrində QƏTİDİR – Bu addımı ATACAQLAR

“Ermənistan Rusiya ilə münasibətlərə xələl gətirmədən Beynəlxalq Cinayət Məhkəməsinin yaradılması haqqında Roma Statutunun ratifikasiyası üçün addımlar ata bilər”.

KAİM.az Publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.

“Biz Rusiya Federasiyasının ifadə etdiyi narahatlığı eşitdik və düşünürəm ki, Roma Nizamnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik”, – deyə Arşakyan bildirib.

O, etiraf edib ki, İrəvan Moskva ilə müqavilə bağlaya bilər, ona görə də Roma Statutu iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək.

Qeyd edək ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunda təsbit edilmiş öhdəlikləri ölkə Konstitusiyasına uyğun olaraq tanıyıb. Roma Statutunun ratifikasiyası Ermənistanın üzərinə öhdəlik qoyacaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan ərazisinə ayaq basacağı təqdirdə onu həbs etsin.

Bundan az sonra Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, məhkəmənin Rusiya rəhbərliyinə qarşı son həbs qərarı fonunda Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinə qoşulmaq planlarını qəbuledilməz hesab edib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Rusiyalı ekspertlər vurğulayırlar ki, İrəvanın bu addımı Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə vuracaq. Hətta qeyd edirlər ki, bu, Putinin səbrini daşıracaq son damla ola bilər.

Bənzər yazılar

Back to top button