Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Bakı və Ankaradan İrəvana müştərək XƏBƏRDARLIQ – Xankəndidə böyük KÖÇ HAZIRLIĞI

Gerisayım başlayıb; Qarabağda erməni danışığının eşidilməsi üçün tək şərt bəlli, əks halda “Çamadan-Qafan-İrəvan-Tehran…”

İrəvanda erməni terrorizmini simvolizə edən “Nemezis” qruplaşmasına bir neçə gün öncə qoyulan abidə Ermənistanın öz qonşuları ilə sülh istəyində səmimi olmadığını bir daha təsdiqlədi.

Terroru stimullaşdırmaq məqsədi güdən, terrora rəğbəti tərənnüm edən bir abidənin açılış mərasimində iqtidar nümayəndələrinin iştirakı isə guya mötədil xarici siyasət aparan Nikol Paşinyan hökumətinin də radikal-revanşistlərlə eyni cinahda yer aldığına, onun “sülh gündəliyi”nin fiksiya olduğuna şəkk-şübhə saxlamadı. 

Bu, kapitulyant ölkədə terrorun dövlət səviyyəsində dəstəkləndiyinin, Ermənistanın bir terror dövləti olduğunun bariz sübutudur. Aydındır ki, Türkə nifrəti artırmaq niyyəti güdən bu cür təxribatçı addımlar sülhü yox, müharibəni yaxınlaşdıracaq. Demək, iqtidarlı-müxalifətli erməni toplumu yanlış siyasətin yeni acı “bəhrələri”ni dadmağa hazır olmalıdır.

Ermənilər türklərdən “QİSAS” aldı... - Cangüdəni olanlar belə qətlə yetirilib - ŞOK FAKTLAR

Artıq rəsmi Bakı və rəsmi Ankara bu ikrah doğuran və erməni vəhşiliyini təşviq edən olayın bölgədə kövrək sülh prosesinə zərbə vuracağı haqda İrəvanı xəbərdar edib. Özü də sonuncu dəfə. Terrorçuluğa rəğbət, terrorçuların qəhrəmanlaşdırılması hələ heç bir xalqa xeyir gətirməyib, ermənilərə də gətirməyəcək. Əksinə, bu onların toplum olaraq sonunu tezləşdirə bilər. Belə acı perspektivdən qaçmağın tək yolu isə Azərbaycan və Türkiyə ilə təcili sülh anlaşmaları imzalayıb barış içində yaşamaqdır.

Əfsus ki, Paşinyan hökuməti öz xalqı üçün taleyüklü bu məsələdə də təhlükəli oyun oynayır. Onu sülhə yox, müharibəyə hazırlayır. Əks halda, bir yandan guya Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib ardınca utanıb-qızarmadan sərhəddə, Laçın yolunun girişində qanuni post qurmağımıza irad tutmaz, daxili işlərimizə qarışmağa cəhd göstərməzdi.

“ABŞ-ın səyləri nəticəsində Ermənistan danışıqlar prosesinə qayıtdı. Biz bu prosesdə iştirak edəcək, sülh prosesinin irəliləməsi üçün əlimizdən gələni edəcəyik”.

Xarici işlər naziri Ceyhun Bayramov Ankara şəhərinə səfərə yola düşüb - AZƏRTAC

Ceyhun Bayramov

Bunu srağagün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib və ABŞ-a minnətdarlıq edib.

Ancaq bu nəyi dəyişəcək əgər İrəvan hələ də Bakının 5 baza prinsipi əsasında sülh müqaviləsi imzalamaqdan qaçırsa? İrəvanın Bakı ilə ədalətli sülh müqaviləsindən yayınması isə sövq-təbii Qarabağda gizlənən separatçıları daha da ruhlandırır, onlarda “bəlkə də qaytardılar” ümidini alovlandırır, erməni əhalinin Azərbaycana inteqrasiyasını bir az da qəlizə salır.

Təsadüfi deyil ki, hələ də Qarabağda sülənən “Rusiya tulası”, oliqarx-dələduz Ruben Vardanyan yenə başından yekə iddialar səsləndirib, öz aləmində Bakını hədələyib. Zavallı erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya edib ağ günə çıxmasını əngəlləmək üçün dəridən-qabıqdan çıxmağa, boş vədlər verməyə növbəti dəfə cəhdlər edib. 

Ancaq bunlar əbəs cəhdlərdir. Laçın yolunun girişində nəzarət postu qoymaqla dövlət olaraq öz iradəsini, sərt üzünü separatçı elementlər qarışıq, bütün dünyaya nümayiş etdirən Azərbaycan həmçinin onunla bu cür zarafatların qarşı tərəf üçün fəlakətli olacağının anonsunu verib.

****

“Xankəndi ətrafında halqa daralır və Ruben Vardanyan ruslardan imdad diləməkdən başqa çıxış yolu tapmır”.

Hərbi ekspert: “Bu təlimlər Ermənistana göz dağı olacaq” - 05.09.2021, Sputnik Azərbaycan

Bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert Vardanyanın Laçın yolundakı son durumla bağlı fikirlərinə diqqət çəkib: “Ruben Vardanyanın sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin komandanlığına ”mövqeləri” barədə məlumat verilib, həmçinin onlara bildirilib ki, onlardan “dəhlizin blokadası”nı açmaq üçün konkret addımlar gözləyirik, bu durumda dəhlizdən istifadə etməyəcəklər. Guya əvvəl istifadə edə bilirdilər. Laçın-Xankəndi yolundan erməni separatçılarının istifadə etməməsi Azərbaycanın maraqlarına zidd deyil.

İkincisi, Vardanyan söyləyir ki, bu məsələdə güzəştə getmək olmaz, Ermənistana heç bir məhdudiyyət olmadan birbaşa və sərbəst giriş əsas şərtimizdir. Görünür, Ruben Azərbaycana qarşı şərt irəli sürməyin nə qədər təhlükəli olduğunu hələ də anlamayıb. Üçüncüsü, deyir ki, “hüquqlarını və ləyaqətlərini” qorumaq üçün hər şeyi edəcəklər. Bildirir ki, Rusiya sülhməramlı kontingenti və beynəlxalq ictimaiyyət tərəfindən heç nə dəyişdirilə bilməsə, əlimizdəki dinc və digər vasitələr əsasında hərəkət etmək hüququnu özümüzdə saxlayırıq.

Əlbəttə, əlində olan bütün vasitələrdən istifadə etmək təcrübənizin acı nəticələrini dünya hələ unutmayıb. Bu hüququnuzu təkrar tətbiq etməyinizi yenə səbirsizliklə gözləyirik. Əmin olun ki, həmin vasitələrin son təyinatını əsgərimiz saatlar içində dəyişib, lazım olanı edəcək”.

Hərbi ekspert Vardanyanın indiyədək verdiyi vədlərin heç birini yerinə yetirə bilmədiyini də vurğulayıb: “İndi isə Xankəndi ətrafında halqa daralır və Ruben ruslardan imdad diləməkdən başqa çıxış yolu tapmır. Ruslar isə bizim sərhədçilərdən şikayətçidir. Deməli, nə Ruben, nə də Rusiya sülhməramlı kontingenti Qarabağda ”hədəflər”inə çata bilir. Bu, orada yaşayanları dərindən düşündürməlidir, birdəfəlik anlamalıdırlar ki, Qarabağ ermənilərinin xilaskarı nə Rubendir, nə də İvan. Tək xilaskar Azərbaycandır. Bu, aksiomu qəbul edənlər Qarabağda qalacaq, qəbul etməyənlər isə çıxıb cəhənnəmə qədər gedə bilərlər: çamadan-Qafan-İrəvan-Tehran”.

Qeyd edək ki, srağagündən Laçın postunda gömrükçülər də öz qanuni vəzifələrinin icrasına başlayıblar. Bunu da əlavə edək ki, Laçın-Xankəndi yolunda sərhəd-keçid məntəqəsi qurulduqdan sonra artıq Qarabağda yaşayan ermənilər vəziyyətin ciddiliyindən tam əmin olublar. Bu barədə Xankəndidəki “mənbələr” yazır. Özünü separatçı rejimin qondarma “ombudsmanı” kimi təqdim edən şəxs bildirib ki, ermənilərin çox hissəsi ərazidən çıxmağa hazırlaşır. Xankəndi və ətraf ərazilərdə yaşayan ermənilər kütləvi şəkildə evlərini satışa çıxarıblar… //Yeni Müsavat

Bənzər yazılar

Back to top button