Top.Mail.Ru
GÜNDƏM

Rusiyanın məşhur nəşri təcili məlumat yaydı: “Azərbaycan ordusu Zəngəzura girib, ermənilər qorxu içində QAÇIR”/FOTO

“Kommersant” iddia edir ki, Bakı hərbi əməliyyatlara başlayır, mübahisəli məsələləri və Naxçıvana dəhlizi təmin edəcək – kritik gərginliklə bağlı çarpaz baxış

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Zəngəzur nəqliyyat dəhlizinin açılması üzrə üçtərəfli işçi qrupun danışıqlarında fasilə yarandığını açıqlayıb və bunu “Ermənistan və Azərbaycan arasında gərginliklə” izah edib. O, Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin regionda nəqliyyat əlaqələrinin açılmasına dair növbəti görüşünün “bunun üçün şərait yetişəndə baş tutacağını” deyib.

Saytların yığılması Saytların yığılması

“Yeni Müsavat” bildirir ki, Rusiyanın “Kommersant” nəşri Ermənistan-Rusiya gərginliyi fonunda Zəngəzur dəhlizinin taleyi ilə bağlı önəmli məqamlara toxunub. Bildirilir ki, Azərbaycan sərhədə hərbi texnika cəmləyir – onların üzərində Rusiyanın 24 fevral ərəfəsində Ukrayna ilə sərhədə göndərdiyi texnikaların üzərindəki “Z” və “V” hərflərinə bənzər işarələr var. Bundan çıxış edən müəllif Bakının yaxın günlərdə hərbi əməliyyatlara başlayacağı ilə bağlı “çoxlu sübutların” olduğunu bildirib. İddia olunur ki, Azərbaycan vəziyyətdən istifadə edərək, “bütün mübahisəli məsələləri, o cümlədən Naxçıvana dəhlizin yaradılmasını təmin edəcək”.

Analizdə iddia edilib ki, hazırkı şərait Bakı üçün həmişəkindən daha əlverişlidir: “Birincisi, 2020-ci ilin payızındakı 44 günlük müharibədə də təsdiqləndiyi kimi, qüvvələr balansı açıq şəkildə Azərbaycanın xeyrinədir. İkincisi, Azərbaycan əsas müttəfiqi olan Türkiyənin faktiki olaraq qeyri-məhdud dəstəyinə arxalanmaqda davam edir. Üçüncüsü, ermənilərin belə müttəfiqi yoxdur. Rusiya onlara kömək etmək istəsə belə, Ukraynada çox dərin bataqlığa düşüb və çətin ki, özünə ikinci cəbhə açsın. Qərb də çox uzaqdadır və hərbi cəhətdən vəziyyətə təsir edə bilmir, iqtisadi cəhətdən isə özü də qismən Rusiya neftini əvəz edən Azərbaycan nefti və qazının tədarükündən çox asılıdır. Özünü çıxılmaz vəziyyətə salan Nikol Paşinyan, görünür, indidən həmvətənlərinə gələcək məğlubiyyəti və gələcək mümkün güzəştləri necə izah edəcəyini düşünür. Deyəsən, onun “müdafiə xətti” belə olacaq: “Hər şeydə günahkar Moskvadır, həm üç il əvvəl müttəfiqini taleyin ümidinə buraxan o idi, həm də indi, Bakıya Qarabağın blokadasını həyata keçirməyə icazə verən odur və ermənilərin arxasında İlham Əliyevlə danışıqlar aparır”.

 “Bugünlərdə Ermənistanda bir sıra daxili qüvvələr yenidən ölkənin suverenliyinə qəsd edirlər”. Bu cümlələr Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının rəhbəri Ayk Koncoryanın sosial media hesabında yazdığı statusda əks olunub. Koncoryan həyasızlıqla Azərbaycanın üzərinə böhtan atmaqdan çəkinməyib: “Bugünlərdə Azərbaycan növbəti dəfə Ermənistanın sərhədləri boyunca böyük miqdarda hərbi texnika cəmləşdirir. İrəvanda yenidən seçki kampaniyası gedir. Və bugünlərdə Ermənistanın bir sıra daxili qüvvələri yenidən Ermənistan Respublikasının suverenliyinə qəsd edir, İrəvanı qanla da olsa ələ keçirməklə hədələyirlər. Ermənistan yenidən iki cəbhədə döyüşür”, – deyə Koncoryan qeyd edib.

Lakin eyni gündə Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadla xəbər verilib ki, Ermənistanın bölgədə təkcə atəşkəsi pozması deyil, həm də səngərlər qazması, yeni mövqelərdə istehkamlar inşa etməsi müşahidə olunur. Qeyd olunub ki, Ermənistan təxribatlardan əl çəkməli, diqqətini sülh danışıqları və əməkdaşlığa yönəltməlidir: “Regional sülh və sabitliyə aparan yol hərtərəfli sülh sazişinin imzalanmasından keçir. Bu səbəbdən də Zəngəzur dəhlizinin açılması böyük əhəmiyyət kəsb edir”.

Bütün bu açıqlamalar vəziyyətin kifayət qədər ciddiliyini gözlər önünə sərir. Hər iki tərəfdən səslənən bəyanatlar, sərhəddə gərginliyin olması ilə bağlı qarşılıqlı ittihamlar, Rusiya mətbuatında yer alan təhlillər və Türkiyə MN-ə istinadla yayılan xəbərlər yetərincə aydın təsəvvürlər formalaşdırır. Ancaq Paşinyan elan edib ki, qoşunları sərhəddən geri çəkməyə hazırdır. Onun ardıcıl olaraq 5 ölkə liderlərinə zəngi də həyəcanını əks etdirirdi. Hiss olunur ki, rəsmi İrəvan böyük panika içərisindədir. Amma faktiki olaraq sərhəddə atəşkəsi pozan da erməni tərəfidir.

Ekspertlər nə düşünürlər, bu proses hansı mərhələyə yaxınlaşdırır? Hərbi toqquşmalar baş verə bilərmi? “Kommersant”ın analizi realdırmı?

Buna qətiyyən yol vermək olmaz, işğala məruz qalan Azərbaycandır!”- Akif Nağı

 Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya Ermənistanın Qərbə meyllənməsindən narazıdır, bunu da müxtəlif yollarla onlara çatdırmağa çalışır. Partiya sədrinin fikrincə, rus nəşrinin məqaləsi də bu kontekstdə dəyərləndirilə bilər: “Putinin köməkçisi Peskov da açıq surətdə bəyan etdi ki, Ermənistandan çıxmayacağıq. Paşinyan isə tam aydın formada qeyd etdi ki, təhlükəsizlik məsələsində daha Rusiyaya arxalana bilmərik. Yəni Moskva-İrəvan münasibətlərində gərginlik pik həddə çatıb, ona görə Rusiya mətbuatı Azərbaycanla bağlı iddiaları səsləndirməklə Ermənistana təzyiq edir. Lakin bizim öz maraqlarımız və siyasətimiz var. Azərbaycan vəziyyətdən yararlanmalı, məsələləri həll etməlidir”.

Arzuxan Əlizadə: Milli birlik ölkəmizin inkişafına təkan verən mühüm amildir

Arzuxan Əlizadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə isə qəzetimizə qeyd etdi ki, “Kommersant”ın analitik məqaləsində həqiqət payı var. Partiya sədri hesab edir ki, 44 günlük müharibədə Rusiya qismən neytral dayandı və erməni ordusunun gücsüzlüyü ortaya çıxdı: “Ermənistan dövləti həmişə Rusiyanın hesabına yaşayıb və indi üz çevirirlər, nəticəsi gərginliyə səbəb olub. Əgər Rusiya əlini Ermənistandan tam çəkərsə, fəlakətlə üzləşə biləcəkləri onlara xatırladılır. Ermənistanın bugünkü 20 min kvadratkilometr ərazisi məhz Rusiya tərəfindən Ermənistana hədiyyə edilib. Yəni qondarma bir dövlətdir və varlığı üçün Rusiyaya minnətdar olmalıdır. İndi isə münasibətlər pisləşib, Azərbaycanın bu iki dövlət arasında gərgin əlaqələr dövründə tarixi ərazilərini geri qaytarmaq imkanları var. Sözsüz ki, Rusiya Ermənistanı forpostu kimi saxlamağı məqsəd güdür, lakin bizim maraqlarımız var. Ona görə Rusiya mətbuatında səslənən fikirlərdə müəyyən reallıqlar var, çünki Moskva-İrəvan gərginliyi Bakıya yeni fürsət pəncərəsi açır”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bənzər yazılar