Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

ŞOK İDDİA: “Qarabağı erməni qoşunları və rus sülhməramlıları QORUYACAQ”-Artak BEGLARYAN

“Qarabağda bizim müdafiə sistemimiz olacaq. Ordunun adı “Müdafiə qüvvələri” və ya “Müdafiə qoşunlar”ı adlanacaq. Nəticədə Qarabağda öz ordumuz olacaq. Bu sistem rus sülhməramlıları ilə paralel Qarabağı müdafiə edəcək.”

KAİM.az xəbər verir ki, bu gülünc fikirləri Artak Beglaryan erməni mediasına verdiyi açıqlamada səsləndirib.

“Əlbəttə ki, Azərbaycan çox istərdi ki, Qarabağda heç bir silahlı erməni olmasın, düşünürəm ki, çox istərdi ki, rus sülhməramlıları da olmasın. Lakin, burada Azərbaycanın istəyinin  heç bir əhəmiyyəti yoxdur

Loading...
Yazının davamı reklamdan sonra

İtkin düşənlər və əsirlərlə bağlı məsələlər hazırda Ermənistan və Qarabağ üçün acı gündəm mövzusudur. Ölənlərin  cəsədləri aşkar olunduqdan sonra da, şəxsiyyətini müəyyənləşdirmək çox vaxt aparır. Yüzlərlə cəsədin kimliyi hələ də müəyyənləşdirilməyib. Qarabağda qurbanların bəzilərinin dəfn olunduğuna dair şübhələr var. Düşünürük ki, onlar Azərbaycan tərəfindən dəfn edilmişdir. Biz kütləvi məzarlıqları açmışıq.

Azərbaycan, ölənlərin cəsədlərinin, əsirlərin qaytarılması prosesini qəsdlə bilərəkdən təxirə salır və əsirlərlə bağlı məlumatları gizlədir.”-deyə Artak Beglaryan sərsəm fikirlərini tamamlayıb.

Qeyd edək ki, Ermənistan Azərbaycanda yüzlərlə erməni əsirin olduğunu iddia edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button