Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

İranda övladlarına türk adı verən ailələrə TƏZYİQ GÖSTƏRİLİR-TƏFƏRRÜAT

İran Azərbaycanı və Tehranda bəzi ailələr uşaqlarına seçdikləri türkcə ad ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə davam edən bir mücadiləyə girirlər.

KAİM.az xəbər verir ki, siyasi şərhçi Məhsa Mehdili Amerikanın Səsinə müsahibədə deyir ki, “mən bu axımın daha da genişləyəcəyini düşünürəm. Çünki həm haqlı bir mücadilədir və toplumumuz da bunu alqışlayır. Həm də türkcə adlar həqiqətən gözəl adlar kimi, şık və klas adlar kimi qarşılanır toplumda.”

Ailələri yormaq istəyirlər ki, ailə özü seçdiyi addan vaz keçsin. Çünki, uşağın kimlik kartı olmayanda sağlıq ocağına gedə bilmir. Uşaq bağçasına gedə bilmir. Dövlətin verməli olduğu xidmətlərdən yararlana bilmir.

Mehdili İranda türkcə adlar mövzusunda gizli və açıq yasaqların tətbiq edildiyini önə çəkir:

“Son vaxtlar özəlliklə də, sosial medianın genişləməsindən sonra biz ailələrin mücadiləsindən daha da çox xəbərimiz olur. Əlbəttə ki, türkcə adlar mövzusunda İran hökümətinin əvvəldən gizli və açıq olaraq yasaq qoyduğu adlar var. Türkcə adları saylı adlarla məhdud tutmaq istəyir. O adların xaricinə keçilməsini istəmir. Örnək olaraq, Nazlı, Yaşar, Aydın və Solmaz kimi adlar çoxdur və çox da yerləşib. O, məhdud saylı adların xaricində türkcə yeni adların qoyulmasına hər zaman məhdudiyyət olub.”

Siyasi fəal uşaqlarına türk adıyla şəxsiyyət vəsiqəsi almaq üçün verilən mücadilənin İran Azərbaycanındakı ümumi mədəni mücadilənin bir parçası olduğunu ifadə edir.

Onun sözlərinə görə, “İran höküməti bu yasaqlar və məhdudiyyətləri tətbiq etmək üçün əlaqədar qurumlara təlimatlar göndərir. Amma dövlət özünü haqq sahibi görüb, ailələrə uşaqlarına öz dillərində uyğun gördükləri ad qoymağa haqq vermirsə, ailələr də buna qarşı dirənir. Bu bizim öz haqlarımız uğrunda verdiyimiz kültürəl və mədəni mücadilənin bir parçasıdır. Bu bir haqq mücadiləsidir.”

Hökumət türkcə adları saylı adlarla məhdud tutmaq istəyir. Örnək olaraq, Nazlı, Yaşar, Aydın və Solmaz kimi adlar çoxdur və çox da yerləşib. O, məhdud saylı adların xaricində türkcə yeni adların qoyulmasına hər zaman məhdudiyyət olub.

İranda vətəndaşlıq qeydiyyatı ilə əlaqədar qanunların şəffaf olmaması səbəbilə, Məhsa Mehdilinin dediklərinə görə, “qurumlar bir qaçaq yolu tapıb və istədikləri adları yasaqlayır.”

“İranın qanunlarında ad seçmək mövzusunda bəzi maddələr (qeydlər) var. Örnək olaraq, müstəhcən olan, incidici olan və ya islami müqəddəslərə hörmətsizlik ehtiva edən adlar yasaqdır. Amma bir də vilayətlərdə yasaq adları müəyyənləşdirə bilirlər. Misal üçün Çəngiz adı yasaq adlar kateqoriyasına yerləşdirilib. Bir də bir kitab hazırlayıblar. O kitabda sistemdə qeyd olunan adlar xaricində adları qəbul etmirlər. Orada türkcə adlar məhduddur. Çox məhduddur. Hər bir yeni adın orada qeyd olunması üçün aiələr böyük bir mücadilə verir,” Mehdili söyləyir.

İranda vətəndaşlıq qeydiyyatı idarəsi ailələrin uşaqlarına seçdiyi bəzi türkcə adları İran mənşəli olmadıqları üçün rədd edir.

İranda türk dilində təhsil olmadığı üçün, kültür və ədəbiyyat baxımından yeni adlar çıxarmağa sistemimiz yoxdur. Buna görə də, [ailələr] yeni adları Quzey Azərbaycandan və Türkiyədən alır.

Mehdili deyir ki, “İranda türk dilində təhsil olmadığı üçün, kültür və ədəbiyyat baxımından yeni adlar çıxarmağa sistemimiz yoxdur. Buna görə də, [ailələr] yeni adları Quzey Azərbaycandan və Türkiyədən alır. Peyk, televiziya və internet vasitəsilə biz kültürümüzün gözəl tərəflərini kəşf edirik. İnsanlar buralardan uşaqlarına gözəl adlar seçmək istəyir. Bu təqdir gördükcə siyahıya yeni adlar əklənir… Mən düşünürəm ki, bu axım daha da çoxalacaq. Çünki həm haqlı bir mücadilədir, toplumda da təqdir görür və alqışlanır. Həm də türkcə adlar həqiqətən gözəl adlar kimi, şık və klas adlar kimi qarşılanır toplumda. Ata-ana da bunun ləzzətini aparır ki, uşağıma həm öz kültürümə aid, həm də şık bir ad seçmək üçün mücadilə verirəm.”

Şəxsiyyət vəsiqəsi ala bilməyən ailələrin bir çoxu mücadiləni sonuna qədər davam etdirə bilmir. Məhsa Mehdilinin söylədiklərinə görə, “ailələri yormaq istəyirlər ki, ailə özü seçdiyi addan vaz keçsin. Çünki uşağın kimlik kartı olmayanda sağlıq ocağına gedə bilmir. Uşaq bağçasına gedə bilmir. Dövlətin verməli olduğu xidmətlərdən yararlana bilmir”./konkret.az

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button