Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Rus ordusu təcili Zəngəzura YERLƏŞDİRİLİR-Türkiyəyə GÖZ DAĞI ?

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının bir hissəsi Sünik (Zəngəzur) bölgəsinə yerləşdiriləcək.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə naziri Vaqraşak Arutyunyan deyib.

Onun sözlərinə görə, bununla bağlı danışıqlar gedir.

Qarabağ müharibəsindən sonra belə bir addımın səbəbləri diqqət çəkir. Söhbət rus ordusunun Azərbaycanla sərhəddə yerləşdirilməsindən gedir.
Bununla Rusiya Türkiyəyə (NATO) qarşı ikinci cəbhədə mövqelənir.
Ermənistanda rus ordusunun saxlanılmasının ana hədəfi NATO (Türkiyə) ilə sərhəd xətti qurmaq olub.

Qarabağ müharibəsi ilə Türkiyənin Azərbaycana gəlişi ruslara görə NATO-nun da gəlişi deməkdir. 102-ci bazanın bir hissəsini Azərbaycanla sərhədə yerləşdirmək planı da uzaq perspektivli hədəf kimi bölgədə NATO-ya qarşı ikinci sərhəd xəttini yaratmaqdır. (Publika)

Mirxalidlə qazi Əlisanın səmimi söhbəti

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button