Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Baş nazir təcili MƏLUMAT YAYDI: 1mart Azadlıq meydanında…

Ermənistan müxalifəti ölkənin baş nazirinin istefası tələbilə növbəti mitinqin gününü və saatını elan etdikdən sonra Nikol Paşinyan da hərəkətə keçib.

KAİM.az musavat.com-a istinadən bildirir ki, “Vətəni xilas hərəkatı”nın lideri Vazgen Manukyanın mitinq anonsundan sonra N.Paşinyan öz tərəfdarlarını növbəti dəfə meydana çağırıb. Sosial şəbəkələr üzərindən tərəfdarlarına müraciət edən Ermənistanın baş naziri onları elə müxalifətin mitinq keçirəcəyi gün, 1 mart, saat 18.30-da İrəvanın Azadlıq meydanına dəvət edib.

Qeyd edək ki, həmin gün 1 mart 2008-ci il hadisələrinin ildönümüdür. Eks-prezident Robert Köçəryan və digərləri məhz həmin hadisələrə, 10 nəfərin öldürülməsi, çoxsaylı insanın yaralanması və həbsilə bağlı mühakimə olunur. İstisna deyil ki, həmin gün iqtidar və müxalifət tərəfdarları arasında növbəti toqquşma baş versin.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button