Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Erməni təxribatı nəticəsində Azərbaycan bu əraziləri NƏZARƏTƏ GÖTÜRDÜ

Sərhədlərin demarkasiyası davam edərkən, artıq Qazaxın Bərxudarlı kəndi boşaldılıb.

KAİM.az Qazet.az-a istinadən xəbər verir ki, digər kəndlər də rus sülhməramlıları və Azərbaycan ordusunun nəzarəti altında, sıra ilə təhvil veriləcək.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, işğal edilmiş torpaqların Azərbaycana qaytarılması davam edir.

Ermənistanda olan bütün qüvvələr bilməlidir ki, 1990-cı ilin əvvəllərində bütün işğal edilmiş torpaqlar Azərbaycana qaytarılacaq. Bu gün proses davam edir. Bu istər Azərbaycanın şimal-qərbi, istərsə də cənub-qərbinin müəyyən əraziləridir. Bütün hadisələr bir daha onu göstərir ki, əslində Ermənistanın iddiası yalnız Qarabağla bağlı deyildi. Onlar Azərbaycanın bir çox rayonlarını işğal etmək istəyirdilər. Bunu Qazax və Naxçıvan istiqamətində etmişdilər. Bu onu göstərir ki, Ermənistanın Azərbaycana ərazi iddiası var.

Bu gün Ermənistanda bəzi revanşist qüvvələrin yenidən xalqı aldatması, Dağlıq Qarabağ ətrafında spekulyasiyalara yol verməsi o deməkdir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarla yanaşı digər ərazilərimizində “böyük ermənistan” adlı qondarma xəritəyə daxil edilmsi düşünülür. Bütün bunlar isə bir daha olmayacaq. Onlar yaxşı anlamalıdırlar ki, tarixi Azərbaycan torpaqları mütləq Azərbaycana qaytarılacaq”, – deyə Z.Məmmədov bildirib.

KAİM.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button