Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ermənistanda ŞOK: Dövlət agentliyində İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nitqi YAYIMLANDI

Ermənistanın dövlət informasiya agentliyi Armenpress-in saytını hakerlər sındırıblar.

KAİM.az xəbər verir ki, “Sputnik Ermənistan” bunu azərbaycanlı hakerlərin etdiyini yazıb.

“Armenpress”in saytında bir saatdan artıq müddətdə Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır!” nitqi olan videoyazısı yayımlanıb.

Loading...
Yazının davamı reklamdan sonra

Erməni mətbuatı son zamanlar Azərbaycan və Türkiyədən erməni xəbər saytlarına kiberhücumların artdığını yazır. Onların iddiasına görə, İkinci Qarabağ müharibəsi zamanı hətta Whatsapp-ın erməni istifadəçilərinin hesabları da sındırılıb.

2020-ci ili Ermənistanın informasiya təhlükəsizliyi sferasında ən ağır il kimi qeyd edirlər. Mediaekspert Samvel Martirosyan hətta iddia edib ki, kiberhücumlar nəticəsində DİN, Müdafiə Nazirliyi və s. qurumlardan böyük həcmdə məlumat sızması olub. /sputnik.az/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button