Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

DİQQƏT! Ermənilər minaları daha çox bu ərazidə BASDIRIB – VİDEO

Ermənilər minalanmış ərazilərin xəritəsini versə, azad edilən torpaqların minalardan təmizlənməsi iki dəfə daha tez bir vaxtda bitər.

KAİM.az xəbər verir ki, bunu ARB24-ün “Nə baş verir?” verilişinə müsahibəsində hərbi ekspert Elxan Şıxalıyev deyib. O bildirib ki, Ağdam azad edilən torpaqlar arasında minalardan ən erkən təmizlənən rayon olacaq:

“Ərazilərin minalardan nə zaman təmizlənməsi ilə bağlı konkret vaxt demək çətindir. Hesab edirəm ki, xəritə olmadığı üçün proses iki-üç qat artıq vaxt tələb edəcək.

Bundan başqa ən erkən təmizlənən rayonun isə Ağdam olduğunu düşünürəm. Çünki bu proses əvvəlcə təmas xəttindən başlayaraq, dərinliyə doğru aparılacaq”

E.Şıxalıyev onu da qeyd edib ki, azad edilən torpaqlarda ən çox minalanmış ərazi təmas xəttidir: “Minalar daha çox 27 sentyabra qədər olan neytral ərazilərdə basdırılıb”.

 

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button