Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Paşinyana qarşı üçmaddəli ŞOK PLAN: Yeni DALĞA GƏLİR

Ermənistanın müxalif partiyalarından ibarət Vətənin Xilası Hərəkatı İrəvanda etiraz aksiyalarına başlayıb.

KAİM.az xəbər verir ki, Baqramyan və Dəmirçyan prospektlərində təşkil olunan aksiyaların əsas tələbi baş nazir Nikol Paşinyan və hökumətinin istefasıdır.

“Əziz vətəndaşlar!

Vətənin Xilası Hərəkatı uzun müddətdir ki, müxtəlif etiraz və vətəndaş itaətsizliyi, mitinqlər və digər qanuni siyasi yollarla ölkəmizi fəlakətə aparan hakimiyyət orqanlarına qarşı mübarizə aparır. Bu müddət ərzində baş nazir kürsüsündən ayrılmaq istəməyən birinin istefası tələbi ətrafında geniş bir ictimai konsolidasiya qurmağı bacardıq. Rejim, yavaş da olsa, geniş ictimai təzyiqlərin təsiri altındadır.

Cəmiyyətə və bütün siyasi qüvvələrə, onsuz da, bəllidir ki, böhran həll olunmadan Ermənistanın inkişafı mümkün deyil. Üstəlik, ölkənin suverenliyi və ərazi bütövlüyü təhlükə altındadır.

Yuxarıda göstərilənlərə əsasən, mübarizənin hazırkı mərhələsində Vətənin Xilası Hərəkatı Şurası qərar verdi:

1. Bölgələrin əhalisinin fəaliyyət coğrafiyasını və əhatə dairəsini genişləndirərək yeni siyasi aksiyalar dalğasına başlamaq.

2. İctimai təzyiqləri qorumaq və hərəkatın gələcək fəaliyyətlərini koordinasiya etmək üçün Dəmirçyan küçəsindəki çadır düşərgəsi hərəkatın qərargahı elan edilsin.

3. Vətəndaşlar üçün narahatlıqları aradan qaldıraraq Baqramyan prospekti boyunca sərbəst hərəkəti bərpa etmək.

Mübarizə edəcəyik və qalib gələcəyik!”,- hərəkatın bugünkü çağırışında deyilir. publika.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button