Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Şuşaya “İskəndər M” raketinin atılmasının GÖRÜNTÜLƏRİ YAYILDI – ŞOK VİDEO

“Caliber” layihəsinin “YouTube” səhifəsində növbəti videosüjet yayımlanıb.

KAİM.az xəbər verir ki, süjetin müəllifləri ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazisinin “İskəndər M” raketləri ilə atəşə tutulması barədə danılmaz faktların təqdim edilməsindən sonra məsələ ilə bağlı fantastik versiyaların irəli sürüldüyünü diqqətə çatdırıblar.

“Hazırda media məkanında yalnız Rusiya ordusunun ixtiyarında olan raketlərin Ermənistana Suriyadan gətirilməsi kimi absurd fərziyyələr irəli sürülür. Açıq-aydın həqiqəti təkzib etməyə çalışanlar üçün 44 günlük müharibə zamanı erməni hərbçiləri tərəfindən çəkilmiş kadrları təqdim edirik”, – deyə süjetdə bildirilib.

Videoda eyni qurğudan iki ardıcıl raket atəşi əks olunur və bunun texniki cəhətdən  “Elbrus” və ya “Toçka U” kimi komplekslərdə mümkün olmadığı qeyd edilir.

Daha ətraflı “Caliber”in süjetində:

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button