Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

ŞOK GƏLİŞMƏ! Radarlar trayektoriyanı hesablayıb: “”İsgəndər”i Rusiya ATIB”

“”İsgəndər”i Rusiya atıb. Bütün açıqlamalar və Ermənistanın mövqeyi bunu göstərir. Rusiyanın açıqlamaları da həmin səpkidədir”.

Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

KAİM.az xəbər verir ki, o, məsələ barədə daha ətraflı “Sherg.az”a danışdı:

“ANAMA qalıqları taparaq beynəlxalq nümayişə çıxardı ki, icazəsi Rusiyada olan raket Azərbaycan ərazisinə atılıb. Azərbaycanın radarları raketin uçuş trayektoriyasını hesablaya bilib. Raketin zərərsizləşdirilmədiyi, boş əraziyə düşdüyü məlum olub.

Görünür, zərərsizləşdirdiyimiz də olub ki, silahın tətbiqi dağıntı yarada bilməyib. Həmçinin erməni tərəfinin kosmik rabitə vasitələri olmadığı üçün raketin dəqiq koordinatlarını hesablaya bilməyib.

Rusiyanın iddia etdiyi dəqiqlik baş verməyib. Beləliklə, Kremlin silah bazarında “İsgəndər”lə bağlı yaratdığı mifi darmadağın edilib. Azərbaycan Prezidenti, yəqin ki, hazırkı unikal imkandan da lazımi səviyyədə yararlanacaq və xeyli güzəştlərin şahidi olacağıq.

Fikrimcə, bu, sırf Qarabağdakı ermənilərlə bağlı məsələyə aid ediləcək».

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button