Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

GƏRGİNLİK: İrəvanda rusiyalı generalın qızının meyiti TAPILDI

İrəvanda rusiyalı general-leytenantın qızının meyiti aşkarlanıb.

KAİM.az xəbər verir ki, David Anaxt küçəsindəki evlərdən birinin eyvanında qadın meyitinin aşkarlanması barədə məlumat bu gün saat 17:40-da paytaxtın Kanaker-Zeytun rayonunun polis bölməsinə daxil olub.

Ermənistanın İstintaq Komitəsinin İrəvan İstintaq İdarəsinin Kanaker-Zeytun rayonunun İstintaq Bölməsinin təhqiqatçılar qrupu, həmçinin şöbə rəisinin rəhbərliyi ilə polis bölməsinin operativ qrupu hadisə yerinə cəlb edilib.

Loading...
Yazının davamı reklamdan sonra

Mənzilin eyvanında meyiti aşkar edilən 40 yaşlı qadının adı və soyadı açıqlanmır. Meyitin yanında tapança da tapılıb.

Jurnalist Qaqik Şamşyan bəyan edib ki, meyiti aşkarlanan qadının atası Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin general-leytenantıdır.

Qeyd olunur ki, tapança onun atasına məxsusdur və hədiyyədir. Qadının ölümünün intihar və ya bədbəxt hadisə nəticəsində baş verməsi ekspertizadan sonra müəyyənləşdiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button