Top.Mail.Ru

QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan banklarının Qarabağdakı rejimə ayırdığı maliyyə yardımı ifşa edildi

Azərbaycan ordusunun işğal altında olan torpaqları azad etmək üçün başlatdığı əks-həmlə əməliyyatı düşmənin hərbi resurslarının kasadlığını və yetərsizliyini üzə çıxardıb.
STM-dən verilən məlumata görə  vəziyyət o yerə çatıb ki, məxfi mənbələrdən sızan məlumatlarda bildirilir ki, alternativ resurslara müraciət etməklə vəziyyətdən çıxış yolu tapmaq lazımdır. “Alternativ resurs” adlandırdıqları ehtiyatlardan biri yenə də rəsmi dilənçilik forması olan yardımlar -maddi istəklər hesabına əldə edilən pullardan söhbət gedir.
Digər bir fakt ondan ibarətdir ki, Ermənistan öz fondları vasitəsilə qondarma respublikanın ordusuna maddi yardım göstərir. Bunun üçün Ermənistan dövlətinə məxsus fondlar və bank hesabları vasitəsilə, o cümlədən, Ermənistan Mərkəzi Bankının dəstəyilə yardımların toplanması və çatdırılmasını təşkil edir.
Bununla bir daha müharibənin tərəfi kimi qondarma rejimə açıq dəstəyini bildirməklə sülh prosesinə qarşı olduğunu sübut edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button