Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Rusiya generalından Şuşadakı abidələrlə bağlı AÇIQLAMA – FOTO

“Şuşa şəhərinin sakinləri rus sülhməramlıları ilə birlikdə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına monumental kompleksin elementlərinin təmizlənməsi və rənglənməsi, eləcə də bitişik ərazinin nizamlanması işlərini aparıblar”.

KAİM.az Rusiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandir müavini, general-mayor Sergey Jmurin deyib.

“Bir ay əvvəl Zaqafqaziya bölgəsindəki Böyük Vətən müharibəsi qəhrəmanlarına və iştirakçılarına abidələrin düzəldilməsi kimi çox vacib bir layihəyə başladıq. 70-dən çox abidə qeydiyyatdan keçirdik. Bu gün bunlardan 50-dən çoxu qaydaya salındı. Bu gün biz Şuşa şəhərinin ərazisindəyik, burada da Böyük Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş abidə var. Azərbaycan tərəfi ilə birgə bu abidəni qaydasına saldıq. Bu iş təkcə ayrı-ayrı nöqtələrdə deyil, bütün bölgədə davam edir”, – deyə rus general bildirib.

Qeyd olunub ki, Qarabağda atəşkəs və hərbi əməliyyatlarla bağlı əldə olunmuş razılaşmaların icrasına nəzarət vəzifələrini icra edən Rusiya sülhməramlılarının təşəbbüsü ilə, məsuliyyət dairələrində və bitişik bölgələrdə Böyük Vətən müharibəsi əsgərlərinə həsr edilmiş abidələrin yaxşılaşdırılması aksiyası davam edir. Bu aksiya, abidələrin yerləşdiyi sərhədlər daxilindəki yaşayış məntəqələrinin sakinləri və Rusiya sülhməramlı kontingentinin Humanitar Yardım Mərkəzinin hərbçiləri ilə birlikdə həyata keçirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button