Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Xankəndi Azərbaycanın tam NƏZARƏTİNƏ KEÇİR – TARİX AÇIQLANDI

İnsanlar artıq açıq şəkildə danışır ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.

KAİM.az xəbər verir ki, bu barədə Qarabağdakı erməni separatçılarının keçmiş “ombudsmanı” kimi təqdim edilən Ruben Məlikyan azərbaycanlı fəal Əhməd Şahidovun bu barədə açıqlamasına reaksiyasında yazıb.

“Hesab edirəm ki, ortada sadə bir azərbaycanlı-türkonikol (Nikol Paşinyan nəzərdə tutulur – red.) anlaşması mövcuddur. İnsanlar artıq bu barədə açıq şəkildə danışırlar ki, iyunda Xankəndi Bakının nəzarətinə keçəcək.

Qısaca desək:

1. Hər şey edilməlidir ki, “türkonikol” seçkilərdə mümkün qədər az səs alsın;

2. Bütün güc sərf olunmalıdır ki, seçkilərin saxtalaşdırılmasının qarşısı maksimum alınsın;

3. Anlamaq lazımdır ki, istənilən türkonikol – düşməndir”, – o bildirib.

Qeyd edək ki, ictimai fəal Əhməd Şahidovun sosial şəbəkə hesabında “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri Ermənistanda müzakirələrə səbəb olub. “10 noyabr bəyanatında aydın şəkildə yazılıb ki, Xankəndi və digər şəhərlər tədricən Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Nikol Paşinyandan soruşun” – Ə.Şahidov yazıb.

Bunun ardınca Qarabağ separatçıları təkzib yayıblar və Xankəndini “rus sülhməramlıları və “artsax ordusu”nun qoruduğunu” elan ediblər.

20 iyunda Ermənistanda növbədənkənar seçkilər keçiriləcək. / axar.az

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button