Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

Ermənistan parlamenti Paşinyanı Baş nazir SEÇMƏDİ

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında Nikol Paşinyanın Baş nazir postuna namizədliyinin lehinə səs verməyib.

KAİM.az-ın TASS-a istinadən verdiyi məlumata görə, məqsəd növbədənkənar parlament seçkilərinin keçirilməsidir.

Paşinyanın Baş nazir seçilməsinin lehinə 1, əleyhinə 3 deputat səs verib, 75 nəfər bitərəf qalıb.

Spiker Ararat Mirzoyan N. Paşinyanın Baş nazir seçilmədiyini elan edib.

Qeyd edək ki, Ermənistanda növbədənkənar seçkilərin bu il iyunun 20-də keçirilməsi gözlənilir. Seçkilərlə əlaqədar Baş nazir postundan istefa verən N. Paşinyan hazırda bu vəzifəni müvəqqəti icra edir. Parlamentdə bu gün keçirilmiş səsvermə isə növbədənkənar seçkilərin baş tuta bilməsi üçün prosedur xarakteri daşıyır. 

Error 403 The request cannot be completed because you have exceeded your quota. : quotaExceeded

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button