Top.Mail.Ru

bannerQAFQAZ XƏBƏRLƏRİ

Ermənilər Paşinyana üsyan edir: 18 yaşlı uşaqlar ölür, sən hələ də kreslondasan – FOTOFAKTLAR

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub

 

Sosial şəbəkələrin erməni seqmentindən məlum olur ki, ermənilər təşviş içindədir. Onlar Paşinyanın istefasını tələb edir, Ermənistan MN-in mətbuat katibi Şuşan Stepanyanın yaydığı məlumata skeptik yanaşır və itkilərin açıqlanmamasına biganə qalmırlar.

Ordu.az saytı sosial şəbəkələrin erməni seqmentində yayılan həqiqi və real məlumatları təqdim edib.

Loading...
Yazının davamı reklamdan sonra


Ayıbdır, nə korona, uşaqlar sərhəddə ölürlər, siz isə meymunluq etməyə davam edirsiniz.


Necə də utanmırsınız, bu qədər ölməz uşaqlarımız arasında heç olmasa 1 rəsminin yaxınını göstərin.


Hərbi çağırışdan qaçanları güllələmək lazımdır.


Paşinyanın, generalların, nazirlərin və oliqarxların oğulları gedib şəkil çəkdirirlər və hamıya bildirirlər ki, döyüşürlər. Niyə nə vaxtsa hansısa bir rəsminin və varlının oğlu ölməyib? Çünki mövqeyə getməyiblər və döyüşməyiblər.


Bəs biz niyə gözləyirik? Uşaqlarımız günahdır.


Ağrılıdır, çox ağrılıdır, Allah…


Bu beyinsizlər hələ toy haqqında düşünürlər.


Bunları ön xəttə çıxarın, bəsdir uşaqları qırdılar.


Qoy Nikol öz ölsün, niyə bizim qardaşlarımız ölsünlər və valideynlər yas saxlasınlar?


Aldadırlar.


Bunlardan nə komandir?


İndi də meşələri atəşə tutacaqlar.


Təəssüf sözləri tapmıram, Allah ruhlarınızı işıqlandırsın.


2000, 2001-ci il təvəllüdlü oğlanlar ölürlər, bu nədir baş verir?


Bəsdir günahsız qurbanlar verdik, bunların naləsini aradan qaldırın. Günah bizim millətdədir.


Bəs avropalarda və qalan ölkələrdə bizim ermənilərimiz niyə yatıb qalıblar, heç bir nümayiş və hərəkət etmirlər? İyulda çox aktiv idilər, indi isə yatıb qalıblar.


Ay eşşək, hazırda 18, 19, 20 yaşlı uşaqlar ölürlər, sən yumşaq, isti kresloda oturmusan, hansı 16-cı ildən danışırsan? Ay axmaq, sənin heç beynin yoxdur?


Anait Proxoryan – Min təəssüf.
Qayane Avetisyan – Yaxınlarına başsağlığı veririk!!!


Həqiqətən niyə 2001, 2002-ci il təvəllüdlü uşaqlardır?


Millətimiz, uşaqlarımız qırılırlar, bir şey etmək lazımdır.


Nikol, niyə oğlun və ordudan qaçmış komandan sərhədə getmir?


Yetər!


Bu təcrübəsiz uşaqları çıxarmayın, bəsdir ölüm.


Bilmirsən nə edəsən… Dünyanın gözləri və qulaqları yenidən bağlıdır…


Bu vəziyyətdə ordunun yanında olmaq əvəzinə yenə də feysbukdan ayrılmır.


Brayzanın həyat yoldaşı türkdür, başqa nə gözləyirsiniz?


Bəs bizimkilər niyə istifadə etmirlər, kimi və ya nəyi gözləyirlər?


10 gün sonra Serjin həbs olunması məsələsinə qərar verilməli idi, bu, Serjin əl işidir ki, onu unutsunlar.


Doğrudur, hələ həftələr əvvəl Azərbaycan mövqeləri möhkəmləndirirdi, bütün mətbuat bu barədə danışırdı, lakin siz 17-ci ilin 10000-nin arxasınca düşmüşdünüz, hazırkı vəziyyətin ciddiliyini başa düşə bilmirsiniz.


Kimə maraqlıdır ölkədə müharibədir, siz koronanın yayılmasını müzakirə edirsiniz.


Bir az oyanın və mövqeləri geri qaytarın, bəsdir təriflədiniz. Müharibədir.


Rusdan, Lavrovdan, Putindən uzaq, rusdan heç bir yaxşı şey gözləməyin.


Dəhşətlidir.


Bu virusu buraxın, daha vacib olana keçin, indi virus vacib deyil, hazırkı an üçün əsgərlərə dəstəyimiz vacibdir.


Başlayanda hamınız görəcəksiniz, hələ başlamayıb, gözləyin.


Hə, onlar Twitter-də də qəbul edirlər ki, Bayraktar tətbiq ediblər.


Bizim HHM qoşunlarımızı bunlarla vurublar.


7 kəndlə bağlı şərh verin, dedi-qodudur, yoxsa yox?


İstefa ver!


Hasmik Bağdasaryan – Müharibəyə yox.
Laura Varderesyan – Müharibəyə yox.


Erməni xalqı Rusiyaya qarşı inamını çoxdan itirib və yalnız öz qüvvələrinə güvənir.


Yerkrapahda əmr gözləyir? Siz birinci orada olmalı idiniz.


16 ölü, 100 yaralı.


Mənim addımçı məxməri deputatlar sizin rəhbərliyiniz altında ön xəttdə olmalıdırlar.


Sərhədə gedin, bəsdir çıxış etdiniz.


Dəqiqləşdirilmiş adlar olmadan itkilərin sayını demək nə dərəcədə doğrudur? Adamın ürəyini çatladırlar.


Adlar, xahiş edirəm


Bəs biz kimi gözləyirik?


Çox ağrılıdır.


Bəs erməni tərəfi niyə yatıb?


Nikol müharibədir.


Qardaş, söhbət hansı mövqelərin itirilməsindən gedir?


Daxili düşmən səbəbilə xarici düşmən aktivləşdi.


21-ci əsr və hələ müharibə… niyə bu qədər günahsız qurbanlar ölməli idilər, bu məsələni həll edin, bəs oldu, hamı dinc səma altında yaşamaq istəyir…


Di səni görək mövqeləri qorumağa necə gedirsən, Annanı özünlə götürməyi unutmayasan.


Sərhədə gedin, orada danışın, bu stulu möhkəm tutaraq danışmaq o qədər də faydalı deyil.


Təhlükəli sükut


Doğrudur, Talış ərazisində mövqe itkilərimiz var. Prezidentin mətbuat konfransını dinləyin.


Hansı mövqeni itirmişik?


Təəssüf ki, bu, doğrudur, mən H1 kanalından mətbuat konfransına baxmışam.


Belarusun Белорусь 1 telekanalı 14 zenit sistemimizin sıradan çıxması barədə məlumat verib.


Xahiş edirik, ölənlərin adlarını açıqlayın.


Camaat, Ararat vilayəti ilə sərhəddə sakitçilikdir? Səslər eşidirəm, atışmalara oxşayır…


Təəssüflənirlər… bütün analara səbr


Vaah, 2002


Bəs Yerkrapah? Hələ kabinetdə əmr gözləyirlər?


Doğmalarına başsağlığı verirəm.


Garen Karapetyan – Müharibə başlayıb.
Silvik Kirakosian – Bəli.


Bu nikol qoy bir silah tutmağı öyrənsin, yeni çağırış etsin.


Dəhşətlidir, çox amansızdır, başsağlığı verirəm.


Artıq dəli oluram.


Gecə necə olub? Yeni bir şey deyin.


Bizim gözəl oğlanlarımız.


Vaah, oğlanlar can, xahiş edirəm, möhkəm olun.


Allah can, qoy hər şey tez bitsin.


Sərhəddən nə yenilik var?


Nə zaman bitəcək?… Allah qorusun.


Bizim silahlarımız haradadır? Hamısından istifadə edin… uşaqların həyatlarından baha deyil… bizim smerçlərimiz haradadır?… niyə gözləyirsiniz?


Bu yeni getmiş 18 yaşlıları niyə posta çıxarırsınız?… təcrübəsizdirlər.


Çağırış etməyiniz bəs oldu, real addımlar atın.


Kimi gözləyirsiniz, layiqli cavab verin.


Asmar Voskanyan – Bizim artıq iki ildir nə Xarici İşlər Nazirliyimiz, nə də səfirlərimiz var…
Gohar Harutyunyan – Bəs əvvəl olub?

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button