Top.Mail.Ru
QAFQAZ XƏBƏRLƏRİ

​Petrosyandan TƏCİLİ ÇAĞIRIŞ: 3 prezident PAŞİNYANA QARŞI BİRLƏŞİR

Sərkisyanın ofisi Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın Robert Köçəryan və Serj Sərkisyana növbədənkənar seçkilərdə birgə iştirakla bağlı təklifinə təəccüblənib.

KAİM.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın ofisindən yayılan məlumatda qeyd olunub.

Bildirilib ki, təəccübə səbəb keçmiş prezidentin iclasın digər iştirakçılarına əvvəlcədən xəbər vermədən bəyanatla çıxış etməsidir:

“Ermənistanın üçüncü prezidentinin Ermənistan və “arsax”ın keçmiş liderlərinin görüşü zamanı ifadə etdiyi mövqeyi xatırlayırıq: Ermənistanın birinci prezidentinin təklifi ilə bağlı müzakirələr tərəflərin prinsipial razılığı olduğu təqdirdə perspektivli və təsirli hesab edilə bilər”.

Sərkisyanın ofisindən qeyd edilib ki, indiki hakimiyyətlə mübarizə fərqli formalarda aparılmalıdır:

“Sərkisyanın rəhbərlik etdiyi Respublika Partiyası növbədənkənar seçkilərdə iştirakla bağlı qərarını artıq elan edib”.

Digər keçmiş prezident Robet Köçəryan da Levon Ter-Petrosyanın növbədənkənar seçkilərdə birgə iştirakla bağlı təklifinə cavab verib.

Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan bildirib ki, martın 25-də Levon Ter-Petrosyanın təklifi ilə keçmiş liderlərin görüşü keçirilmişdi:

“Həmin təklifi Köçəryana Bako Saakyan (keçmiş və qondarma “dqr”in keçmiş lideri) vermişdi. Həmin vaxt o, Ter-Petrosyanın növbədənkənar seçkilərdə birgə iştirakı ideyası ilə bağlı məlumat vermişdi. Köçəryan bu ideyadan imtina etsə də, görüşməyə razılıq vermişdi. İclasda praktiki olaraq heç bir müzakirə aparılmadı. Robert Köçəryan bu təklifi bir daha rədd etdi, çünki belə bir birlik Vətənin Xilası Hərəkatına zərbə vura bilər”.

Növbədənkənar seçkilərin keçirilməsinə gəlincə isə ofisdən bildirilib ki, Köçəryanın tərəfdarları yaxın günlərdə açıqlanacaq fərqli bir formatda iştirak etmək niyyətindədirlər. (Azadinfo.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button