Top.Mail.Ru
bannerQAFQAZ XƏBƏRLƏRİ

SON DƏQİQƏ! Ərdoğanla Putin RAZILAŞDI: Sülhməramlılarla bağlı ŞAD XƏBƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon söhbətində liderlər Qarabağ məsələsini, həmçinin Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini müzakirə ediblər. Bundan başqa, Ərdoğan və Putin Liviya, Suriya münaqişələri, eləcə də pandemiya ilə mübarizə tədbirləri ətrafında fikir mübadiləsi aparıb.

KAİM.az-ın məlumatına görə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Sherg.az”a bildirib ki, nədənsə, belə telefon danışıqlarında sülhməramlı qüvvələrin missiyası, üçtərəfli bəyanat və Monitorinq Mərkəzinin fəaliyyətindən daha az söhbət gedir:

“Daha çox Türkiyə-Rusiya və qlobal siyasətdə baş verən dəyişikliklər zamanı bu iki dövlətin mövqelərinin öyrənilməsi müzakirə edilir. Onsuz da bilirik ki, ruslar sülhməramlı qüvvələr deyil, onlar işğalçı qüvvələr olaraq bölgədədirlər. Monitorinq Mərkəzinin fəaliyyətinə dair davamlı olaraq rəsmi məlumatlar olmalıdır. Amma indiyə qədər bir dənə də olsun cəmiyyətə informasiya verilməyib. Rusiya Türkiyə ilə razılaşacağı təqdirdə qoşunlarını yığıb, bölgədən gedəcək. Razılaşmasa, Qarabağ ətrafında problem davam edəcək. Ona görə də Ərdoğanla Putin arasındakı telefon danışığı hər iki dövlətin strateji maraqlarının təmin edilməsində qarşılıqlı razılaşmaya həsr olunub”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button